Hikmət Hacıyev türk dövlətlərinə səsləndi: "Biz birlikdə öz sözümüzü deməliyik"

img

10-04-2021 [14:41]


“İnformasiya ölkələr arasında münasibətlərdə mühüm resursdur. Azərbaycan mediası 44 günlük Vətən müharibəsində öz imkanları ilə həqiqətləri dünyaya çatdırmaq istiqamətində səylər göstərirdi”.

Bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin üçüncü toplantısında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, türk mediası da Azərbaycan mediası ilə çiyin-çiyinə fəaliyyət göstərirdi: “Düşünürük ki, Türk Şurası çərçivəsində də media platformasının yaradılmasına ehtiyac var. Bu vəsilə ilə media forumları da təşkil edilə bilər”/Report.

Hikmət Hacıyev deyib ki, informasiya və kommunikasiya sahəsində Türk Şurası ilə əməkdaşlığımız prioritet təşkil edir.

Onun sözlərinə görə, qarşıda duran vəzifə informasiya və kommunikasiya sahəsində əməkdaşlığı daha da genişləndirməkdən ibarətdir: “Ölkələrimiz tərəfindən fundamental sənədlər qəbul edilib”.

PA rəsmisi bildirib ki, Türk Şurasına üzv olan ölkələrə qarşı kampaniyalar aparılır: "Biz birlikdə öz sözümüzü deməliyik. Əsl həqiqətləri olduğu kimi dünyaya çatdırmalıyıq”.

Onun sözlərinə görə, şair və yazıçılarla bağlı ortaq nəşrlər hazırlanmalıdır: “Gənc jurnalistlərin peşəkarlığının artırılması üçün qarşılıqlı səfərlərə və təcrübələrə ehtiyac var. Sosial media platformalarında ölkələrimizə qarşı aparılan qara piar kapnaiyalara qarşı birgə mübarizə apara bilərik”.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq