Kürdə boğulan 20 yaşlı nişanlı qızın meyiti tapıldı, 5 yaşlı qardaşının cəsədi isə axtarılır

img

10-04-2021 [14:15]


Ötən gün Sabirabad rayonun Cəngən kəndində evdən çıxaraq geri qayıtmamış bacı-qardaşlardan birinin cəsədi Kür çayında tapılıb.

Mia.az xəbər verir ki, 20 yaşlı Hüseynli Məryəm Şahin qızının suda boğulmuş cəsədi sahildə ayaqqabıları tapılmış yerdən 15 km aralıda, Sabirabad rayonunun Salmanlı kəndində Kür çayından tapılaraq sudan çıxarılıb və aidiyyatı üzrə hüquq-mühafizə orqanlarına təhvil verilib.

Məryəm Hüseynli ilə birlikdə olmuş 5 yaşlı qardaşı Hüseyn Hüseynlinin isə axtarışları davam etdirilir.

Kür çayında boğulmuş bacı-qardaşın atalarının hazırda həbsdə olduğu, Məryəm Hüseynlinin bu yaxınlarda nişanlandığı deyilir.

Emil Məmmədov,

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı