Daha bir toy yarımçıq dayandırılıb

img

10-04-2021 [10:00]


Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə toy mərasimi keçirilməsinin qarşısı alınıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Mia.az-a verilən məlumata görə, rayon sakini İbrahim Məmmədovun yaşadığı Mollalı kəndindəki fərdi yaşayış evində özünə toy məclisi təşkil etdiyi müəyyən edilib.

Polislər tərəfindən həmin ünvana baxış keçirilən zaman sanitar-gigiyena və karantin qaydalarının pozulduğunu aşkar ediblər. Onlara qaydalar izah olunub və mərasimi təşkil edənlər barəsində qanunamüvafiq tədbir görülüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR