Gürcüstan prezidenti: "Səfir dərhal Kiyevə qayıtmalıdır”

img

09-04-2021 [14:02]


Gürcüstan Prezidenti Salome Zurabişvili ölkənin Ukraynadakı səfiri Teymuraz Şaraşenidzenin geri dönməsini tələb edib.

Mia.az Report-a istinadla xəbər verir ki, dövlət başçısı bu tələbi parlamentdə illik hesabatla çıxış edərkən səsləndirib.

S.Zurabişvili Ukrayna xalqına həmrəylik ifadə edərək vurğulayıb ki, bunun üçün səfirin geri dönməsi təxirəsalınmadan baş verməlidir: “Ukraynalılara həmrəyliyimi bildirirəm. Hesab edirəm ki, həmrəyliyin göstəricisi kimi səfir dərhal Kiyevə qayıtmalıdır”.

Qeyd edək ki, Gürcüstanın Ukraynadakı səfəri ötən ilin mayında Kiyevdən Tbilisiyə çağırılıb. Buna səbəb Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin Ukraynanın İslahatlar üzrə Milli Şurasının İcraiyyə Komitəsinin sədri vəzifəsinə təyin edilməsi olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub