Avropa çempionatı: Taekvondoçumuz medal qazanıb

img

08-04-2021 [14:25]


Azərbaycan taekvondoçusu Minayə Əkbərova Bolqarıstanın paytaxtı Sofiyadakı Avropa çempionatında yarımfinala yüksəlib.

Məlumata görə, 46 kq-da mübarizə aparan idmançı 1/4 finalda bolqarıstanlı Qabriele Katsarovaya qalib gələrək, növbəti raunda vəsiqə qazanıb. Görüşün əsas vaxtı heç-heçə başa çatıb - 2:2. Əlavə vaxtda 2:0 hesablı qələbə qazanan taekvondçu ən azı bürünc medalı özü üçün təmin edib.

Əkbərova yarımfinalda rusiyalı Larisa Medvedeva ilə qarşılaşacaq.

Qeyd edək ki, Minayə Əkbərova 1/8 finalda Almaniya təmsilçisi Özlem Gürüzü mübarizədən kənarlaşdırıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA