Saatlıda aktiv COVİD-19 xəstəsi saxlanılıb

img

07-04-2021 [16:44]


Saatlı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən nəzarət-profilaktik tədbirlər zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan Mia.az-a verilən məlumata görə, rayon sakini Rəhim Rzayev koronavirus testinin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicə təyin edilsə də, o, sanitar-karantin qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib.

R.Rzayev polis əməkdaşları tərəfindən saxlanılıb.

Onunla izahedici söhbətlər aparılıb, tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:26 05.07.2025

Sabah yağış yağacaq