Siyavuş Novruzov: "3 adam çağırın, gəlsinlər cavab versinlər ki, harada görüb onun xainliyini?"

img

07-04-2021 [15:56]


"Nəcməddin Sadıkov baş leytenant olan vaxtdan Qarabağdakı döyüşlərdə iştirak edib".

Mia.az Bakupost.az-a istinadla xəbər verir ki, bunu deputat Siyavuş Novruzov Musavat TV-nin canlı yayımında deyib.

S.Novruzov məhkəmə qərarı olmadan Silahlı Qüvvələrin Baş Qərargahının sabiq rəisi Nəcməddin Sadıkovla bağlı ittihamlar barədə heç bir söz deyə bilməyəcəyini qeyd edib:

"Onun haqqında məhkəmə hökmü olmasa, heç birimiz söz deyə bilmərik ki, rüşvətxordur, korrupsionerdir, agentdir, xaindir və s. Axı mən hardan bilim? Mən deyə bilmərəm. 3 adam çağırın, gəlsinlər cavab versinlər ki, harada görmüsən onun xainliyini? Cavab verə bilməyəcək".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA