Mikayıl Cabbarov Milli Süni İntellekt Strategiyasının Yaradılması sessiyasında iştirak edib
06-04-2021 [16:47]
İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya İqtisadi Forumunun Qlobal Texnologiya İdarəetməsi Sammitinin onlayn formatda keçirilən Milli Süni İntellekt Strategiyasının Yaradılması sessiyasında iştirak edib.
Mia.az İqtisadiyyat Nazirliyinə istinadla xəbər verir ki, süni intellektin yaradılması və inkişafı potensialı barədə müzakirələrin aparıldığı sessiyada M.Cabbarov dünya iqtisadiyyatında müşahidə olunan inqilabi texnoloji dəyişikliklər şəraitində rəqəmsal transformasiyanın, yeni texnologiyaların fəal tətbiqinin, bununla əlaqədar müasir təhsil və innovasiyaları təşviq edən münbit mühitin, yüksək rəqabətli, dünyada gedən sürətli texnoloji tərəqqiyə çevik uyğunlaşan insan kapitalının formalaşdırılmasının, rəqəmsal texnologiya dövrünə hazırlanmasının önəmini vurğulayıb. Qeyd olunub ki, COVİD-19 pandemiyası bu prosesi daha da sürətləndirib.
Nazir bildirib ki, Azərbaycanda rəqəmsallaşmanın inkişafına böyük önəm verilir. O, 2030-cu ilə qədər Azərbaycanın sosial-iqtisadi inkişafına dair Milli Prioritetləri barədə məlumat verib, sənəddə ölkəmizin müasir innovasiyalar məkanına çevrilməsinin qarşıya hədəf kimi qoyulduğunu diqqətə çatdırıb. Ölkəmizdə “ağıllı” texnologiyaların tətbiqi işğaldan azad olunmuş ərazilərimizin yenidənqurulmasına və Böyük Qayıdışa töhfə verəcək.
Qlobal iqtisadiyyatda rəqabət qaydalarını dəyişən Dördüncü Sənaye İnqilabında Azərbaycanın mövqeyinin gücləndirilməsi və bu sahədə aparıcı ölkələr arasında yer almasının təmin edilməsi, rəqəmsal iqtisadiyyat üzrə çağırışların, təşəbbüslərin, strategiyaların, layihələrin təhlilinin və koordinasiyasının həyata keçirilməsi məqsədilə İqtisadiyyat Nazirliyinin tabeliyində “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxs yaradılıb.
M.Cabbarov qeyd edib ki, Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin Afilə edilmiş Azərbaycan Mərkəzinin (4SİM Afilə edilmiş Azərbaycan Mərkəzi) yaradılmasına dair Azərbaycan Hökuməti ilə Dünya İqtisadi Forumu arasında Razılaşma imzalanıb. Aprelin 1-dən fəaliyyətə başlamış 4SİM Afilə edilmiş Azərbaycan Mərkəzinin yaradılmasının əsası ötən il yanvarın 21-də İsveçrənin Davos şəhərində keçirilmiş Dünya İqtisadi Forumunda Prezident İham Əliyev və Forumun prezidenti Borge Brende arasında niyyət protokolunun imzalanması ilə qoyulub. Azərbaycanda bu Mərkəzin yaradılması rəqəmsal ekosistemin inkişafına, Dördüncü Sənaye İnqilabı texnologiyalarının sürətli mənimsənilməsinə və tətbiqinə təkan verəcək.
Sessiyada süni intellektin ticarət əməkdaşlığının inkişafına təsiri barədə sualı cavablandıran iqtisadiyyat naziri bu amilin məhsuldarlığın artırılmasında, istehsalın avtomatlaşdırılmasının sürətləndirilməsində, təchizat zənciri risklərinin idarə olunmasında, nəqliyyat-tranzit marşrutlarının və daşınan yüklərin həcminin optimallaşdırılmasında, ticarətin rəqəmsallaşdırımasında mühüm rolunu vurğulayıb.
Bu il aprelin 2-də Azərbaycan və Türkiyə hökumətləri arasında Rəqəmsal Ticarət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanıb. Bu sənəd ölkələrimizdə rəqəmsallaşma prosesinin inkişafına töhvə verməklə, digər qonşu ölkələri də bu təşəbbüsə qoşulmağa, regional rəqəmsal əməkdaşlığa və ticarətin asanlaşdırılmasına təşviq edəcək.
ünya İqtisadi Forumunun Qlobal Texnologiya İdarəetməsi Sammiti ilk dəfədir ki, keçirilir. 6-7 aprel tarixlərində onlayn formatda təşkil edilən Sammitə Yaponiya ev sahibliyi edir və tədbirdə 50-dən çox hökumət, 600-dən çox şirkət rəhbəri iştirak edir. Sammitdə sənayenin texnoloji transformasiyası, qlobal texnoloji idarəəetmə və ən son texnologiyaların tətbiqi və s. məsələlər müzakirə olunur.
Okan Buruk: "Bizi çətin matç gözləyir"
Bertuğ Yıldırım əməliyyat olunub
Vuçiç: İlham Əliyevin Serbiyaya səfəri xalqlarımız üçün yeni əməkdaşlıq və rifah imkanları açır
"Mançester Siti" Morqan Qibbs- Uaytı heyətinə qatmaq istəyir
Okan Buruk "Yuventus"a qarşı start heyəti müəyyənləşdirir
Prezident İlham Əliyevin Serbiyaya səfəri başa çatıb
TƏBİB sədri Vüqar Qurbanov vəzifəsindən azad edildi
"Amedspor" baş məşqçi Sinan Kaloğlu ilə yollarını ayırdı
Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib
""Bank Respublika"dan uzaq durun!" - Müştəri problemlə üzləşib
Taliban tərəfini seçdi: "Əgər ABŞ İrana hücum etsə...."
Vüqar Məmmədovun şikayətinə "yox" deyildi
İcra başçısı köməkçisi ilə baş memarı vəzifədən azad etdi
Sabah hava necə olacaq? - Proqnoz
Nazirlik YAP-dan ofis icarəyə götürüb
"Təhsil haqqında" qanuna yenə dəyişiklik olunacaq
Ruben Vardanyanın məhkəməsi: nə vaxt keçiriləcək? - AÇIQLAMA
QARABAĞA BU ƏRAZİLƏRƏ NÖVBƏTİ KÖÇ OLDU
"Elə bіlіrsіnіz kі, böуük mağazalar düz işləyir?" - iPONE telefonlarının saxtası bazara dolub? (FOTO)
Pul nişanlarının dəyişdirilməsi, yubiley və xatirə pul nişanlarının satışı... - Mərkəzi Bank qərar verdi
Onlar imtahan verəcək
PAKİSTAN BU ÖLKƏYƏ NÜVƏ SİLAHI VERİB? - İran kəşfiyyatı elə iddia irəli sürdü ki...
İlham Əliyev Litva prezidentinə məktub ünvanlayıb - MƏTN
XARİCDƏ TƏHSİL PROQRAMI: şərtlər açıqlandı - DETALLAR
Tel-Əvivdə və Qüdsdə Azərbaycan-İsrail kinematoqrafçılarını birgə filmi təqdim olundu - FOTOLAR
Qazaxıstanda yeni konstitusiya: 11 fəsil və 95 maddədən ibarət ali qanun... - 40 yaşa qədər heç kim prezident ola bilməz!
Qocaman YAP-çı: "Bilmək lazımdır ki, hansı həddə kimi bu qudurub”
Tələbələr dəm qazından zəhərlənib
Sergen Yalçın: "O, yavaş-yavaş komandaya sahib çıxmağa başlayıb"
Astarada iki nəfər 64 kiloqram narkotiklə saxlanılıb
Müdafiə Nazirliyi məlumat yayıb
Rusiya Ukraynada daha 12 qəsəbəni işğal edib: "Bu, 200 km-dən çox torpaq deməkdir..."
Hikmət Hacıyev video paylaşdı: "Belqrad bu gecə"
İsrail Livan-Suriya sərhədinə zərbə endirib - Ölənlər var
NATO ölkəsi ABŞ-a meydan oxudu - "Bunu ilk dəfə söyləyirəm: iPhone kimi, F-35-lərin də proqram təminatını sındırarıq"
Türkiyədə futbolçu və məşqçilər əlbəyaxa davaya girdi: bir futbolçu xəstəxanalıq oldu
ƏDƏBİ ELİTANIN İFLASI və ya tarixi imtahandan sinifdə qalanlar...