Energetika Nazirliyi və ”Azərenerji” ASC ilə Birləşmiş Ərəb Əmirlikləri arasında yeni müqavilələr imzalanıb
06-04-2021 [14:34]
Energetika Nazirliyi və ”Azərenerji” ASC ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında 230 MVt gücündə günəş elektrik stansiyası layihəsi üzrə “İnvestisiya müqaviləsi”, “Enerji alqı-satqı müqaviləsi” və “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi” imzalanıb.
Energetika Nazirliyindən Mia.az-a verilən məlumata görə, müqavilələri Azərbaycan tərəfdən energetika naziri Pərviz Şahbazov və “Azərenerji” ASC-nin prezidenti Baba Rzayev, “Masdar” şirkəti tərəfindən isə baş icraçı direktor Mohamed Jameel Al Ramahi imzalayıb.
P.Şahbazov xarici investisiya əsaslı bu layihəni qlobal çağırışlara, ölkə iqtisadiyyatının dayanıqlı və şaxələndirilmiş inkişafı, eləcə də energetika sektorunda aparılan islahatların məqsədlərinə cavab verməsi aspektində qiymətləndirib: “Növbəti 10 il ərzində bərpa olunan enerji mənbələrindən geniş istifadə etməklə Azərbaycanın “yaşıl artım” ölkəsinə çevrilməsini Prezident İlham Əliyev sosial-iqtisadi inkişafı təmin edəcək Milli Prioritetlərdən biri kimi müəyyənləşdirib. Təxminən, 200 milyon ABŞ dolları dəyərində günəş elektrik stansiyası üzrə bu müqavilələri imzalamaqla bərpa olunan enerji və karbon emissiyaları ilə bağlı hədəflərimizə daha bir addım yaxınlaşırıq. Bakı şəhəri və Abşeron rayonunda tikiləcək günəş elektrik stansiyası, təxminən, ildə 500 milyon kVt·saat elektrik enerjisinin istehsalına, 110 milyon kub metr təbii qaza qənaət edilməsinə, 200 min ton karbon emissiyasının azaldılmasına, yeni iş yerlərinin yaradılmasına, eyni zamanda digər investorların yeni layihələrə cəlbinə yol açacaqdır“.
Tədbirdə BƏƏ-nin sənaye və yüksək texnologiyalar naziri, “Masdar” şirkətinin idarə heyətinin sədri Sultan Ahmed Al Jaberin və enerji və infrastruktur naziri Süheyl Məhəmməd əl-Məzruinin videomüraciətləri təqdim edilib. BƏƏ-nin sənaye və yüksək texnologiyalar naziri, “Masdar” şirkətinin idarə heyətinin sədri Sultan Ahmed Al Jaber deyib: “BƏƏ “Masdar” şirkəti vasitəsilə dünyanın 30-dan çox ölkəsi ilə bərpa olunan enerji sahəsində 11 QVt-lıq gücə malik layihələr üzrə əməkdaşlıq edir. Bu gün biz Azərbaycanda bərpa olunan enerji sahəsində ilk layihəmizə başlamaqdan qürur duyuruq. 230 MVt gücündə sənaye miqyaslı günəş enerjisi layihəsi ilə tərəfdaşlığımız yalnız təmiz enerji hədəfinə nail olmayacaq, həmçinin bilik, bacarıq və iş yerləri yaratmağa kömək edəcəkdir.”
Enerji və infrastruktur naziri Süheyl Məhəmməd əl-Məzrui isə ölkəmizin bərpa olunan enerjinin inkişafı və istixana effekti yaradan qaz emissiyalarının 35% azaldılması ilə bağlı strategiyasının icrasında iştiraklarına yaradılan imkanlara görə ölkəsi və "Masdar" şirkəti adından Azərbaycan Respublikasının Prezidentinə təşəkkürünü çatdırıb: “Azərbaycan ilə “Masdar” arasında bu mühüm sənədlərin imzalanmasına gətirib çıxaran rəqabət və ədalətli proseslər vasitəsilə ən yeni texnologiyaların və münasib qiymətlərin cəlb edilməsinə nail olunub. Biz gələcəkdə daha çox layihə icra etməklə Azərbaycanla olan əməkdaşlığımızın davamını səbirsizliklə gözləyirik.”
Tədbirdə, həmçinin B.Rzayev də çıxış edərək, öz enerji təhlükəsizliyini təmin etməklə bərabər elektrik enerjisinin ixracatçısına çevrilən Azərbaycanın enerji istehsalını bərpa olunan enerji mənbələri vasitəsilə şaxələndirmə kursunda külək və günəş enerjisi üzrə pilot layihələrin mühüm əhəmiyyət daşıdığını bildirib: “İmzalanan müqavilələrə əsasən şirkətin inşa edəcəyi 230 MVt gücündə elektrik stansiyasının şəbəkəyə qoşulması və stansiyada istehsal olunacaq elektrik enerjisini “Azərenerji” alacaq. Elektrik stansiyası “Cənub” yarımstansiyasına qoşulmaqla enerji sisteminə inteqrasiya olunacaq. Biz birlikdə bu müqavilələrin vaxtında və yüksək səviyyədə icrasına nail olacağıq”.
M.J.Al Ramahi isə Azərbaycanın bərpa olunan enerji sahəsində qəti addımlarla irəlilədiyini və belə layihələrlə dünyada iqlim dəyişikliyinə qarşı mübarizəyə töhfə verdiyini vurğulayaraq, “Masdar”ın bütün tərəflərə faydalı olacaq bu layihəyə tam dəstəyini ifadə edib: “Masdar” şirkəti olaraq Azərbaycanda xarici investisiyalara və dövlət-özəl tərəfdaşlığına əsaslanan ilk günəş sənaye layihəsinin bir hissəsi olmaqdan, daha təmiz və davamlı elektrik enerjisi istehsalına aparan yolda fəal strateji tərəfdaşınız olmaqdan qürur duyuruq. Biz birlikdə mühəndislik simvolu olan, yeni iş yerlərinin yaradılmasına və ölkənin infrastrukturunda uzunmüddətli müsbət dəyişikliklərə səbəb olacaq və bütün regionun heyran qalacağı möhtəşəm bir layihə həyata keçirəcəyik.”
Xatırladaq ki, “Energetika sektorunda islahatların surətləndirilməsi haqqında” ölkə prezidentinin 29 may 2019-cu il tarixli sərəncamına uyğun olaraq bərpa olunan enerji sahəsinin inkişafı məqsədilə 10-a yaxın beynəlxalq enerji şirkəti, o cümlədən “Masdar” şirkəti ilə əməkdaşlıq edilərək, şirkətlərin investisiya layihələri ilə bağlı təklifləri hərtərəfli şəkildə təhlil olunub, yüksək rəqabət və şəffaflıq mühitində üç mərhələdə seçim prosesi həyata keçirilib. Seçim prosesinin nəticəsinə müvafiq olaraq Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri ilə 2020-ci ilin 9 yanvar tarixində bərpa olunan enerji üzrə pilot layihələrin həyata keçirilməsi ilə bağlı İcra müqavilələri imzalanıb. İcra müqaviləsi üzrə 230 MVt gücündə günəş elektrik stansiyasının reallaşdırılması ilə bağlı məsələlərin icrası da “Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında” ölkə prezidentinin 5 dekabr 2019-cu il tarixli sərəncamı ilə yaradılmış Komissiyanın fəaliyyəti çərçivəsində əlaqələndirilmiş şəkildə təmin edilir.
Okan Buruk: "Bizi çətin matç gözləyir"
Bertuğ Yıldırım əməliyyat olunub
Vuçiç: İlham Əliyevin Serbiyaya səfəri xalqlarımız üçün yeni əməkdaşlıq və rifah imkanları açır
"Mançester Siti" Morqan Qibbs- Uaytı heyətinə qatmaq istəyir
Okan Buruk "Yuventus"a qarşı start heyəti müəyyənləşdirir
Prezident İlham Əliyevin Serbiyaya səfəri başa çatıb
TƏBİB sədri Vüqar Qurbanov vəzifəsindən azad edildi
"Amedspor" baş məşqçi Sinan Kaloğlu ilə yollarını ayırdı
Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib
""Bank Respublika"dan uzaq durun!" - Müştəri problemlə üzləşib
Taliban tərəfini seçdi: "Əgər ABŞ İrana hücum etsə...."
Vüqar Məmmədovun şikayətinə "yox" deyildi
İcra başçısı köməkçisi ilə baş memarı vəzifədən azad etdi
Sabah hava necə olacaq? - Proqnoz
Nazirlik YAP-dan ofis icarəyə götürüb
"Təhsil haqqında" qanuna yenə dəyişiklik olunacaq
Ruben Vardanyanın məhkəməsi: nə vaxt keçiriləcək? - AÇIQLAMA
QARABAĞA BU ƏRAZİLƏRƏ NÖVBƏTİ KÖÇ OLDU
"Elə bіlіrsіnіz kі, böуük mağazalar düz işləyir?" - iPONE telefonlarının saxtası bazara dolub? (FOTO)
Pul nişanlarının dəyişdirilməsi, yubiley və xatirə pul nişanlarının satışı... - Mərkəzi Bank qərar verdi
Onlar imtahan verəcək
PAKİSTAN BU ÖLKƏYƏ NÜVƏ SİLAHI VERİB? - İran kəşfiyyatı elə iddia irəli sürdü ki...
İlham Əliyev Litva prezidentinə məktub ünvanlayıb - MƏTN
XARİCDƏ TƏHSİL PROQRAMI: şərtlər açıqlandı - DETALLAR
Tel-Əvivdə və Qüdsdə Azərbaycan-İsrail kinematoqrafçılarını birgə filmi təqdim olundu - FOTOLAR
Qazaxıstanda yeni konstitusiya: 11 fəsil və 95 maddədən ibarət ali qanun... - 40 yaşa qədər heç kim prezident ola bilməz!
Qocaman YAP-çı: "Bilmək lazımdır ki, hansı həddə kimi bu qudurub”
Tələbələr dəm qazından zəhərlənib
Sergen Yalçın: "O, yavaş-yavaş komandaya sahib çıxmağa başlayıb"
Astarada iki nəfər 64 kiloqram narkotiklə saxlanılıb
Müdafiə Nazirliyi məlumat yayıb
Rusiya Ukraynada daha 12 qəsəbəni işğal edib: "Bu, 200 km-dən çox torpaq deməkdir..."
Hikmət Hacıyev video paylaşdı: "Belqrad bu gecə"
İsrail Livan-Suriya sərhədinə zərbə endirib - Ölənlər var
NATO ölkəsi ABŞ-a meydan oxudu - "Bunu ilk dəfə söyləyirəm: iPhone kimi, F-35-lərin də proqram təminatını sındırarıq"
Türkiyədə futbolçu və məşqçilər əlbəyaxa davaya girdi: bir futbolçu xəstəxanalıq oldu
ƏDƏBİ ELİTANIN İFLASI və ya tarixi imtahandan sinifdə qalanlar...