Azərbaycanda yeni pul nişanları tədavülə buraxılacaq - Mərkəzi Bankdan açıqlama

img

05-04-2021 [17:53]


Azərbaycan Mərkəzi Bankı (AMB) Vətən Müharibəsi qəhrəmanlarının xatirəsinin əbədiləşdirilməsi ilə bağlı silsilə xatirə pul nişanlarının tədavülə buraxılmasını planlaşdırır.

Mia.az xəbər verir ki, bu barədə Mərkəzi Bank açıqlama yayıb.

Bildirilib ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun əzəli torpaqlarımız olan Qarabağın azadlığı uğrunda apardığı və zəfərlə başa vurduğu Vətən Müharibəsinin yaddaşlara həkk olunması, Vətən Müharibəsi qəhrəmanlarının xatirəsinin əbədiləşdirilməsi və işğaldan azad edilmiş şəhər və rayonlarımızın tarixinin, milli və mədəni irsinin, flora və faunasının tərənnüm edilməsi və beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə silsilə xatirə pul nişanlarının tədavülə buraxılması planlaşdırılır.,


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:20 16.02.2026

Onlar imtahan verəcək

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA