Dövlət Sosial Müdafiə Fondunda nöqsanlar aşkarlandı - Detallar

img

05-04-2021 [16:39]


Hesablama Palatası ötən il üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunda (DSMF) aparılan kənar dövlət maliyyə nəzarəti barədə yekun nəticəni açıqlayıb.

“Azərbaycan Respublikası Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında” hesabat sənədinə əsasən, Fondda 13 hal üzrə nöqsan qeydə alınıb.

Bundan başqa, Dövlət Sosial Müdafiə Fondunun Lənkəran şəhər şöbəsində 8, Dövlət Məşğulluq Xidməti və onun yerli orqanlarında isə 5 hal üzrə nöqsan aşkar olunub.

Qeyd edək ki, hesabat aprelin 8-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılacaq/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:20 16.02.2026

Onlar imtahan verəcək

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA