Azərbaycan Gürcüstana 150 mln kubmetr tranzit qaz nəql edəcək

img

05-04-2021 [14:35]


Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Rusiyanın “Qazprom Eksport” şirkəti arasında imzalanmış sazişə əsasən, Azərbaycan ərazisindən Gürcüstana tranzit nəql ediləcək Rusiya təbii qazının ümumi həcmi 150 milyon kubmetr təşkil edəcək.

Bunu “Report”a açıqlamasında SOCAR-ın İctimaiyyətlə Əlaqələr və Tədbirlərin Təşkili İdarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

Onun sözlərinə görə, SOCAR və “Qazprom Eksport” şirkətləri arasında Gürcüstana Rusiya qazının tranziti lə bağlı bir aylıq razılaşma imzalanıb: “Həmin razlışamya əsasən, 150 milyon kubmetr qazın Azərbaycan üzərindən Gürcüstana ötürülməsi nəzərdə tutulur.

Xatırladaq ki, Rusiya Federasiyasından Ermənistana təbii qaz nəqlinin müvəqqəti olaraq Azərbaycan üzərindən həyata keçirilməsinə dair martın 16-da "Gazprom Export" MMC və SOCAR arasında qısamüddətli müqavilə imzalanıb. Buna səbəb kəmərdə təmir işlərinin aparılmasıdır. Təmir işləri başa çatdıqdan sonra qaz nəqli yenidən Gürcüstan üzərindən aparılacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR