RUSİYA-UKRAYNA GƏRGİNLİYİ: "Putin Baydenin qərarlılığını, sərt addımlara hazır olub-olmadığını yoxlamağa çalışır"
04-04-2021 [17:26]
Şahin CƏFƏRLİ,
Politoloq
***
Ukraynanın şərqindəki eskalasiyaya və sərhəddə Rusiyanın aktivliyinə ABŞ-ın reaksiyası əvvəlkilərdən fərqlidir.
26 martda Donetsk ətrafında atəşkəs pozuntusu (yeri gəlmişkən, Ukrayna ordusunun mövqeləri şəhər mərkəzindən cəmi 5 km aralıdadır) və 4 Ukrayna əsgərinin həlak olması, eləcə də sərhəddə və Krım istiqamətində Rusiya ordusunun hərəkətliliyinin artmasından sonra aşağıdakı addımlar atıldı:
- ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Sallivan Ukrayna prezident ofisinin rəhbəri Yermak, dövlət katibi Blinken isə xarici işlər naziri Kuleba ilə əlaqə saxladı;
- ABŞ Silahlı Qüvvələri Birləşmiş Qərargahlar Komitəsinin sədri Rusiya və Ukrayna ordularının Baş Qərargah rəisləri ilə telefon söhbəti apardı;
- ABŞ-ın Avropa komandanlığı döyüş hazırlığının səviyyəsini yüksəltdi;
- ABŞ, Britaniya və Kanadanın Kiyevdəki hərbi attaşeləri Ukrayna müdafiə naziri və Ukrayna ordusunun ölkənin şərqindəki birləşmiş qüvvələrinin komandanı ilə görüş keçirdi;
- NATO qərargahında üzv dövlətlərin səfirlərinin toplantısı çağırıldı;
- ABŞ və Ukrayna müdafiə nazirləri Ostin və Taran arasında bir qədər əvvəl telefon söhbəti oldu.
Ukrayna Müdafiə Nazirliyinin məlumatına görə, general Ostin bildirib ki, Rusiya təcavüzü baş verərsə, ABŞ Ukraynanı tək qoymayacaq və Moskvanın aqressiv cəhdlərinin həyata keçməsinə yol verməyəcək.
2014-cü ildə Krımın ilhaqı zamanı və Donetsk-Luqansk vilayətlərində aqressiv separatizm baş qaldırarkən ABŞ bu cür diplomatik aktivlik göstərməmiş və Rusiyanı çəkindirəcək (caydırıcı) hər hansı addım atmamışdı. Bayden dövründə fərqli situasiya müşahidə edirik.
Bunun 2 əsas səbəbi var:
- Birincisi, Bayden və komandası hələ seçki kampaniyasından bəri sürəkli təkrarlayırlar ki, ABŞ beynəlxalq siyasətə qayıdır, yəni ölkənin Tramp dövründə qlobal çapda zəifləmiş mövqelərini bərpa edəcəklər. İndi Rusiyanın növbəti aqressiv cəhdlərinin qarşısını ala bilməsələr, onda bu sözlərin inandırıcılığı qalmayacaq və həyata keçirəcəkləri strategiya ilk başdan zərbə alacaq;
- İkincisi, Çin əjdahası ilə qlobal rəqabətə girişmiş ABŞ rus ayısı ilə bacarmayacaqsa və onun Avropanın şərq periferiyasında destruktiv fəalliyətini tormozlaya bilməyəcəksə, onda Çinə qarşı nə edə bilər?
Rusiya qarşısında geri çəkilmək çox ciddi prestij itkisi olar və dünyada ABŞ-ın tənəzzül mərhələsinə daxil olmuş güc, Çinin isə yüksələn güc olduğu alqılarını gücləndirər.
Bəs, Ukrayna məsələsi ətrafındakı hazırkı gərginlik nə ilə əlaqədardır?
Bunun da iki əsas səbəbi var:
- Birinci səbəb Ukrayna daxilində Putinin çox yaxın adamı Viktor Medvedçukun şəbəkəsini sıradan çıxarmaq, 5-ci kolonu əzmək istiqamətində başlanan əməliyyat-istintaq tədbirləridir.
Dünənki aktyor Zelenskinin bu siyasəti Putinin xarizmasını zədələyir, “postsovet məkanının ağası” təbii ki, bundan xoşlana bilməz. 19 fevraldakı yazımda qeyd etmişdim ki, Putin hazırda Vaşinqtondakı ab-havanı qoxlamağa, qoca Baydeni “dişinə vurub”, onun qərarlılığını, sərt addımlara hazır olub-olmadığını aydınlaşdırmağa çalışır və istisna deyil ki, bu məqsədlə Donbasda kiçik miqyaslı provokasiyalar törətsin. 26 martda bu provokasiya törədildi, indi reaksiyaları izləyirik;
- İkinci səbəb Ukrayna hökumətinin Normandiya formatı çərçivəsində Putinin təmsilçisi Kozak tərəfindən irəli sürülmüş təklifləri rədd etməsidir.
Rusiyanın təlimlər adı ilə hazırda Ukrayna sərhədlərində gəzdirdiyi qüvvələr əslində genişmiqyaslı hücum üçün yetərli deyil. Yəni sərhədlərdən Ukraynanın içərilərinə hücum üçün nəzərdə tutulmayıb və daha çox ABŞ-ı yoxlamaq, Ukraynanı qorxutmaq məqsədi daşıyır.
Mia.az
Konfrans liqası: hansı komandalar yarımfinala yüksəldi?
Keniyada matəm elan edilib - Baş Qərargah rəisi və yüksək rütbəli hərbçilər qəzada həlak olub
Almaniya kansleri: "Türkiyə şübhəsiz ki, mühüm strateji tərəfdaşdır"
Bayden: "Əmimi adamyeyənlər yeyib..."
Konfrans Liqası: "Aston Villa" penaltilərlə yarımfinala çıxıb
Zəhərli qələmlər, spreylər: Şimali Koreya dünyanı silkələyən viruslar yaradıb - "Nüvə silahından da təhlükəlidirlər"
Daha bir ölkə fransız diplomatlarını qovdu: "48 saata çıxın!"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə güclü zəlzələ olub
Respublika Pediatriya Mərkəzi yaradılıb - Direktor təyinatı olub
Somalidə “Əş-Şəbab”a qarşı əməliyyat: təşkilatın 10 üzvü öldürülüb
Azercell ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir - FOTOLAR
Kəmaləddin Heydərovun daha bir şirkəti məhkəməyə verilib
Hacıqabulda qatar qadını vurub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Baş prokuror Çinə səfər edib
Nazir direktoru vəzifədən azad edib
Ramana qəsəbəsində 2 nəfər dəm qazından zəhərlənərək ölüb
Daha iki bankın əmlakları satışa çıxarılıb
Qubad İbadoğlunun cinayət işi yekunlaşıb
İcra başçısını söyən şəxsə 5 sutka verildi
Röya: "Ərə gedirəm, sevdimsə..." - VİDEO
Bakıda marketdən 8000 manatlıq spirtli içki oğurlanıb
Rəsmi Moskvadan azərbaycanlıların Ermənistandakı yurdlarına dönmələri barədə - Açıqlama
Zelenski Qərb liderlərinə "incik mesaj" verdi: "İsrailin səmasını qoruduğunuz kimi..."
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılır - Türkiyə MN açıqladı
Azercell “GSMA M360 EURASIA” tədbirinə ev sahibliyi edəcək
Azərbaycan futbolu və ya mərc oyunlarında fırıldaq şübhəsi
Müəllimlərin sertifikatlaşdırılması başlayır
Fuad Quluzadənin cinayət işi məhkəməyə göndərilib
Sabahın hava proqnozu açıqlandı
Politoloq: "Azərbaycanın KTMT-yə üzvlüyü mümkün deyil" - "Bu, Paşinyanın əlini gücləndirəcək"
İstanbulda əməliyyat: daha bir terrorçu tutulub
Bu rayonların şagirdləri imtahan verəcək - DİM-dən xəbərdarlıq
Tanınmış aparıcı bahalı avtomobilini satışa çıxarıb - VİDEO
Qəbula keçid balları qaldırılır? - VİDEO
Rəqsanənin əmlaklarına niyə həbs qoyulub?
Mikayıl Cabbarova daha bir müavin təyin olunub - O, kimdir? (FOTO)
İsrail Qəzzaya bomba yağdırır: daha 17 nəfər həlak olub
Azərbaycan nefti ucuzlaşıb