Xocavənd rayonu ərazisində ermənilərin atıb qaçdığı silahlar tapılıb - FOTO

img

03-04-2021 [14:46]


Ağcabədi rayon sakini Xocavəddəndən xeyli silah-sursat tapıb.

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan Mia.az-a verilən məlumata görə, Ağcabədi rayon sakini Hüseyn Əliyev işğaldan azad edilən Xocavənd rayonu ərazisində olarkən 1 pulemyot, 98 pulemyot gülləsi, 2 qumbaraatan, 13 qumbaraatan mərmisi, 1 əl qumbarası, 7 ədəd müxtəlif mərmi tapıb.

Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən aparılan profilaktiki tədbirlər nəticəsində həmin şəxs tapdığı silah-sursatları RPŞ-yə təhvil verib.


Digər xəbərlər
SON XƏBƏRLƏR