Vahid Ələkbərovun Azərbaycanda böhran yaşayan bankı ilə bağlı hansı qərar veriləcək? - Səhmdarlar toplanır

img

01-04-2021 [14:31]


Mayın 3-də, saat 11:00-da “Yelo Bank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Mia.az Report-a istinadla xəbər verir ki, yığıncaq bankın Bakı şəhəri, Nəsimi rayonu, Puşkin küçəsi, 30 ünvanında yerləşən baş ofisində olacaq.

Yığıncağın gündəliyinə "Yelo Bank"ın nizamnaməsinə əlavə və dəyişikliklərin təsdiq edilməsi, eləcə də digər məsələlər daxildir.

Xatırladaq ki, adıçəkilən bank Rusiyada yaşayan azərbaycanlı neft maqnatı Vahid Ələkbərovundur.

Bəzi iddialara görə, bank son illər ciddi maliyyə böhranı yaşayır. O üzdən toplantıda  bankın hazırkı rəhbərliyi ilə bağlı ciddi qərarların da veriləcəyi gözlənilir.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:20 16.02.2026

Onlar imtahan verəcək

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA