OPEC-in Baş katibi: "Pandemiyaya görə qeyri-sabitlik davam edir"

img

30-03-2021 [19:07]


Koronavirus (COVID-19) pandemiyasının təsiri nəticəsində neft bazarındakı qeyr-müəyyənlik və qeyri-sabitlik davam etdiyi üçün OPEC+ ölkələri ehtiyatlı davranmalıdır.

Bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo OPEC+ texniki komitəsinin bu gün keçirilən iclasından sonra bildirib.

Xatırladaq ki, OPEC+ ölkələri 2020-ci ilin sonunda hasilatın azaldılmasında yumşalmalara getməkdən imtina edərək cari ilin yanvarında gündəlik hasilatı 1,9 milyon barel əvəzinə, cəmi 0,5 milyon barel artırıb, fevral – aprel ayları üçün isə əvvəlki hasilat səviyyəsində qalıblar.

Həmçinin Səudiyyə Ərəbistanı hasilatı daha 1 milyon barel ixtisar etmək öhdəliyini üzərinə götürüb. Yalnız Rusiya və Qazaxıstan hasilatı bir qədər artırmaqla bağlı razılıq əldə edib.

Martın 31-də və aprelin 1-də keçiriləcək görüş zamanı OPEC+ çərçivəsində aprel ayından sonrakı dövrdə hasilatın həcmi müzakirə olunacaq. “Reuters” xəbər verir ki, Səudiyyə Ərəbistanı may və iyun aylarında da mövcud hasilat həcmini saxlamaq niyyətindədir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR