İSBAM türk jurnalistləri mükafatlandırdı - İstanbulda tədbir + FOTOLAR
30-03-2021 [19:19]
İctimai Siyasi Proseslərin Beynəlxalq Araşdırmalar Mərkəzi (İSBAM) Türkiyəli jurnalistləri İstanbulda mükafatlandırıb.
Mia.az xəbər verir ki, martən 29-da qardaş Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində keçirilən təqdimat mərasimində hər iki ölkənin ictimai siyasi xadimləri, elm və mədəniyyət insanları iştirak ediblər.
Tədbir hər iki ölkənin himnlərinin oxunması ilə başlayıb və daha sonra Azərbaycan və Türkiyənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan proqramın aparıcısı jurnalist Səidə Ömər iştirakçıları salamlayıb və sözü İctimai Siyasi Proseslərin Beynəlxalq Araşdırmalar Mərkəzinin sədri Samir Adıgözəlliyə verib.
Samir Adıgözəlli bildirib ki, bu mükafatın təsis edilməsində əsas məqsəd II Qarabağ savaşında informasiya müharibəsində fəal iştirak edən media nümayəndələrinin zəhmətini bir balaca da olsun dəyərləndirməkdir.
Əvvəlcə bu mükafatın savaş əsnasında Qarabağ bölgəsində fəaliyyət göstərən media işçilərinə verildiyini qeyd edən təşkilat sədri bundan sonra informasiya savaşında xalqımızın, dövlətimizin və millətimizin yanında olan digər xarici ölkə media nümayəndələrinin də mükafatlandırılacağını xüsusi ilə vurğulayıb.
Daha sonra çıxış edən İSBAM idarə heyətinin üzvü, Qarabağ qazisi Şöhrət Eyvazov bu müharibənin qazanılmasında əməyi keçən hər kəsi, başda müzəffər Ali Baş Komandan İlham Əliyev olmaqla şanlı Azərbaycan ordusunun əsgər və zabitlərini təbrik edərək bu media ödülünün verilməsinin simvolik bir xarakter daşıdığını qeyd edib və bu zəfərin Azərbaycan Türkiyə mediasının qarşılıqlı əməkdaşlığı üçün böyük perspektivlər açdığını vurğulayıb.
Mükafatlandırılan Türkiyə jurnalistləri adından çıxış edən CNN TÜRK telekanalının aparıcısı Fulya Öztürk bildirib ki, o faciə və qürurla dolu anları unutmağın əsla mümkün olmadığını bildirib. Jurnalist bildirib ki, bu gün keçirilən tədbirdə aldığı mükafat fəaliyyəti boyu aldığı ən müqəddəs mükafatıdır, çünki həmin mükafat əziz şəhidlərimizin qələbəsinin, zəfərinin nəticəsidir.
Daha sonra mükafatın təqdimetmə mərasimi keçirilib. Mərasimdə mükafat alan jurnalistlərin hər biri bu mükafatın ali dəyərinə toxunaraq zəfərdə kiçicik də olsa paylarının olmasından dolayı məmnunluq hissi keçirdiklərini bildiriblər.
Qeyd edək ki, tədbir ölkə iqtisadiyyatının inkişafında əvəzsiz rolu olan Azərçayın və Sirabın dəstəyi ilə baş tutub.
Tədbirdə Azərbaycanın Istanbuldakı Baş konsulluğunun konsulu Zaur Allahverdizadə baş konsulluq adından iştirak edib.
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub