Elman Rüstəmov: "Lirənin ucuzlaşmasının manata təsiri gözlənilmir"

img

30-03-2021 [15:44]


“Partnyor ölkələrin iqtisadiyyatında və maliyyə sistemində baş verən proseslər daim Azərbaycan Mərkəzi Bankının (AMB) diqqət mərkəzindədir.”

Bunu AMB-nin sədri Elman Rüstəmov bildirib.

"Ölkədə makroiqtisadi sabitlik, o cümlədən valyuta bazarında tarazlıq qorunur və dollarlaşmanın azalması müşahidə edilir. Neftin dünya qiymətinin artmağa meyl göstərməsi tədiyyə balansını və gözləntiləri yaxşılaşdırmaqla valyuta bazarında sabitliyə müsbət təsir edir. Qeyd olunanları nəzərə alaraq Türkiyə lirəsinin ucuzlaşmasının Azərbaycan manatının məzənnəsinə təsiri gözlənilmir. Valyuta bazarında tarazlığı və mövcud makroiqtisadi sabitliyi qorumaq üçün ölkənin kifayət qədər maliyyə resursları var", - o, qeyd edib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:20 16.02.2026

Onlar imtahan verəcək

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA