Tanınmış vəkil aztəminatlı təbəqəyə ödənişsiz hüquq yardım təklif edir 

img

29-03-2021 [16:49]


Tanınmış vəkil Əlibaba Rzayev əhalinin həssas və aztəminatlı təbəqəsinə ödənişsiz hüquq yardımı təklif edir.

Bu xidmətdən əlillər, qaçqınlar, məcburi köçkünlər, təqaüdçülər və əhalinin digər aztəminatlı hissəsi faydalana bilərlər.

Ödənişsiz hüquq yardımı əsasən aşağıdakı regionları əhatə edir:

Bakı, Gəncə, Bərdə, Mingəçevir, Lənkəran, Cəlilabad və Şirvan

Hüquq yardımına aşağıdakılar daxildir:

  • Yazılı və şifahi məsləhətlərin verilməsi;
  • Dövlət orqanlarına müraciətlərin hazırlanması;
  • Məhkəmələrə müraciətlərin (iddia ərizələrinin və digər ərizələrin, məhkəmə aktlarından apellyasiya və kassasiya şikayətlərinin və sair) hazırlanması;
  • Müraciət edənin istintaqda və məhkəmədə təmsil olunması;
  • Avropa İnsan Hüquqları Məhkəməsinə ərizələrin hazırlanması.

Ödənişsiz hüquq yardımı yerlərdə, həmçinin ünvana gəlməklə, habelə telefon və elektron poçt vasitəsi ilə müraciət etməklə həyata keçirilir.

Əlaqə məlumatları:

Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi bina 141, blok 1, mənzil 51

Mobil: (050) 593 18 38; (050) 540 80 99 ; (051) 707 73 07

e-mail: [email protected]

Hüquqi yardım üçün müraciət edin!

Həmçinin, ödənişsiz hüquq yardım çərçivəsində  “Elektron hökumət – Elektron məhkəmələr  – Bu barədə nə bilirirk ?   başlıqlı buklet hazırlanmışdır. Həmin bukletdə elektron hökumətin mahiyyəti, məqsədi, elektron qaydada xidmət göstərən dövlət orqanları və bu qaydada göstərilən xidmətlərin növləri, eləcə də “Elektron hökumət” portalından istifadə qaydaları və digər məsələlərlə bağlı ümumi məlumatlar qeyd olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR