Süveyş kanalında keçişi əngəlləyən  “Ever Given” konteyner gəmisi çıxarılıb

img

29-03-2021 [09:25]


Süveyş kanalının dayaz yerdə ilişib qalmış “Ever Given” konteyner gəmisi, nəhayət, çıxarılıb.

"Bloomberg” xəbər verir ki, kanalın nə vaxt açılacağı hələ bəlli deyil.

Qeyd edək ki, “Ever Given” yük gəmisinin uzunluğu 400 metrdir. O, 224 min ton yükgötürmə gücünə malikdir. Gəmi Çindən Niderlanda doğru hərəkət edirmiş. Martın 24-də gəmi kanalın 151-ci km-liyində batmışdı.

Xatırladaq ki, Aralıq dənizi ilə Qırmız dənizi birləşdirən Süveyş kanalı Avropa ilə Asiya arasında yerləşir. Onun uzunluğu 160 km, eni 250 m, dərinliyi isə 20 m-dir. Gündə kanaldan 50-yə yaxın gəmi keçir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:20 16.02.2026

Onlar imtahan verəcək

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA