Polisdən növbəti narkotik əməliyyatı... - Real görüntülər yayıldı + VİDEO
27-03-2021 [13:53]
Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində külli miqdarda yüksək təsiredici xassəyə malik narkotik vasitənin ölkə ərazisində qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb.
DİN-in mətbuat xidmətindən Mia.az-a verilən xəbərə görə, İdarənin xidməti ərazisi olan Lənkəran şəhərindəki eyni adlı çayın sahilində naməlum şəxsin şübhəli hərəkətləri və mütəmadi olaraq qeyd edilən yerə gedib-gəlməsi polis əməkdaşlarının diqqətini cəlb edib.
Dərhal həmin şəxs əməliyyat nəzarətinə götürülüb və onun hərəkət trayektoriyası öyrənilib. Su polisləri tərəfindən həyata keçirilən əməliyyat nəticəsində qeyd edilən şəxs çayın sahilində torpağın altında qazılaraq basdırılan bir ədəd bağlamanı götürüb hadisə yerindən uzaqlaşmaq istəyən zaman saxlanılıb.
Qeyd edək ki, saxlanılan zaman həmin şəxs əlindəki bağlamanı suya ataraq hadisə yerindən qaçmağa cəhd göstərsə də, polislər tərəfindən onun bu hərəkətinin qarşısı alınıb.
Polis İdarəsində araşdırma aparılan zaman həmin şəxsin İmişli rayon sakini Mahir Süleymanov olduğu məlum olub. Onun əlindəki bağlamaya baxış keçirilərkən 4 ədəd bağlamada qablaşdırılan ümumi çəkisi 7 kiloqram 155 qram olan narkotik vasitə heroin aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik maddələri adı hələ ki, istintaqa məlum olmayan xarici ölkələrdən birində yaşayan tanışının vasitəsi ilə əvvəlcədən gizlədilən yerdən satmaq məqsədi ilə əldə etdiyini bildirib.
Faktla bağlı Mahir Süleymanov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və o, tutularaq istintaqa cəlb edilib. Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib
İran İsrailə cavab zərbəsi endirəcək? - ABŞ-ın İsraildəki səfirliyi vətəndaşlarına xəbərdarlıq edib
Əfqan mədənçi böyrəyə görə yandırılıb?
"Olimpiakos"un baş məşqçisi: "Topu "Fənərbağça"ya verib, onları yorduq" - İsmayıl Kartal isə üzr istəyib
Xankəndidə yenidən silah-sursat aşkarlanıb
Azərbaycan nefti kəskin ucuzlaşıb