Energetika Nazirliyi hələ də nazirlik yanında 7 nəfərlik İctimai Şuranı formalaşdıra bilmir

img

26-03-2021 [12:46]


Martın 30-da, saat 11:00-dan 13:00-a qədər Energetika Nazirliyi yanında İctimai Şuranın boş qalan yerləri üçün təkrar seçkilər keçiriləcək.

Mia.az nazirliyə istinadən xəbər verir ki, bununla bağlı nazirlikdaxili Seçki Komissiyası martın 19-da qərar qəbul edib.

Seçkilərdə iştirak üçün müraciət etmiş vətəndaş cəmiyyəti institutlarının təmsilçilərindən qeyd olunan tarixdə şəxsiyyət vəsiqəsi ilə Hökumət Evinin 5-ci qapısına yaxınlaşmaları və karantin rejiminin tələblərinə ciddi riayət etmələri xahiş olunur.

Xatırladaq ki, martın 18-də baş tutmuş ilk seçkilərdə cəmi 1 nəfər yetərli səs toplayaraq İctimai Şuraya üzv seçilib. Şura üzvlərinin say həddi isə 7 nəfərdir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub