NEFT HASİLATIMIZ NECƏ DÜŞÜR? - Təhlil

img

24-03-2021 [13:12]


Məhməmməd TALIBLI,

İqtisadçı

***

İkinci Dünya müharibəsi ərəfəsində Azərbaycanda neft istehsalı 23 milyon ton idi. 1949-cu ildən sonra dəniz yataqlarının istismarına başlanması çıxarılan neftin həcmini artırsa da, ümumilikdə 1960-cı illərdən etibarən ölkədə çıxardılan neftin həcmindəki ilbəil azalmalar müşahidə edilməkdə idi.

Mütəxəssislərin proqnozlarına görə, Azərbaycanda 1 milyard tondan çox neft və 800 milyard kubmetr qaz ehtiyatı qalmaqdadır. Son 150 ildə isə ölkəmizin ərazisində 1 milyard 325 milyon ton neft istismar olunub. Gəlin son illərdəki neft hasilatının səviyyəsinə diqqət edək.

Azərbaycanda neft hasilatı:

2008-ci ildə 44,4 mln. ton

2009-da 50,4 mln. ton,

2010-cu ildə 50,8 mln.ton

2011-ci ildə 45,6 mln.ton

2012-ci ildə 43,4 mln ton

2013-cü ildə 43,5 mln. ton

2014-cü ildə 42 mln. ton

2015-ci ildə 41,6 mln. ton

2016-cı ildə 41 mln. ton

2017-ci il 38,7 mln.ton

2018-ci ildə 38,8 mln.ton

2019-ci ildə 37,5 mln. ton

Son 20 ildə əsas trendlərə diqqət edək. 1998-ci ildə neft hasilatı 11,4 milyon ton olmuşdusa, 2009-cu ildə bu rəqəm 50 mln. tona qalxıb. Son 10 ildə neft hasilatının 2009-cu ildə 50,4 mln. tondan 2019-cu ildə 37,5 mln. tona qədər üzüaşağı enişdə 13 mln. ton azalma baş verib. Deməli, son 10 ildə mövcud eniş həddi hətta 1998-ci ildəki ümumi hasilatdan çox olub.

Dövlət büdcəmiz bundan nə qədər faydalana bilib, sualına aydınlıq gətirmək üçün bir neçə il üzrə 1 barel üçün neftin qiymət həddinə diqqət yetirmək kifayətdir. Neftin dövlət büdcəsində qiyməti 2009-cu ildə 75 dollar, 2010-cu ildə 45 dollar, 2011-ci ildə 80 dollar, 2012-ci ildə 80 dollar, 2013-cü ildə 100 dollar götürülüb. Son illərdə neft qiymətlərinin OPEK-in iddia etdiyi 60-80 dollarlıq zolağa yaxınlaşmaması onu deməyə əsas verir ki, bahalı neft qiymətləri də geridə qalıb.

Hər iki kontekstdə(həm hasilat, həm də qiymət) baxımından qiymətləndirəndə məlum olur ki, biz optimist olmağa qətiyyən haqq etmirik. Çünki iqtisadiyyatımız üçün çox mühüm olan 2 əlverişli pozisiyada vəziyyətimız dalana dirənib. Bir tərəfdən neft hasilatındakı kəskin eniş zolağına daxil olmağımızla, digər tərəfdənsə dünyada neftin konyuktur qiymət səviyyəsinin aşağı düşməsi ilə.

Mənfiyə doğru bu cür dəyişmə həddi bizi çox dərindən düşündürməlidir.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR