İqtisadçı: "Lirə nominal olaraq manat qarşısında 15% ucuzlaşıbsa..."

img

24-03-2021 [13:00]


Bəzi iqtisadi şərhlərdə bu fikir tez-tez səsləndirilir ki, Türkiyə valyutasının ucuzlaşması Azərbaycan üçün bu ölkədən idxalı da əlverişli edir.

Mia.az-ın məlumatına görə, məsələ ilə bağlı açıqlama verən iqtisadçı Rövşən Ağayuev deyib ki, nəzəri olaraq doğru yanaşmadır: "Amma bu məqamı da unutmayaq ki, Türkiyədə lirənin dəyərdən düşməsi ilə inflyasiya da az qala paralel sürətlə davam edir. Ötən ilin yekunlarına görə 20%-dən bir qədər yüksək inflyasiya qeydə alındı. Bu ilin 2 ayının nəticələrinə görə əvvəlki ilin eyni dövrünə nisbətən 16%-ə yaxın olub. Alternativ hesablama mərkəzləri real səviyyənin daha yüksək olduğunu iddia edirlər.

Bu isə o deməkdir ki, Türkiyə məhsil və xidmətlərinin rəqabətqabiliyyətliliyi baxımından nominal məzənnə ucuzlaşmasında əldə etdiyi avantajın əhəmiyyətli hissəsini inflyasiyaya qurban verir. Məsələn, lirə nominal olaraq manat qarşısında 15% ucuzlaşıbsa, amma ordakı inflyasiya ilə Azərbaycanın göstəricisindən 12% yüksək olubsa, bu halda lirənin nominal ucuzlaşmadan avantajı cəmi 3% təşkil edir.

Hazırda Türkiyə son dərəcə yüksək inflyasiya təzyiqi altındadır".


Digər xəbərlər
SON XƏBƏRLƏR