Evə necə qaz çəkdirmək olar? - "Azəriqaz" açıqlama yaydı
24-03-2021 [11:06]
Dövlət Proqramı çərçivəsində dövlət sifarişi ilə mərhələli şəkildə ilk növbədə təbii qazdan istifadə etməyən yaşayış məntəqələri və yeni yaşayış massivləri qazlaşdırılır.
Mia.az xəbəır verir ki, bu, “Azəriqaz” İstehsalat Birliyinin açıqlamasında bildirilib.
Qeyd olunub ki, bununla yanaşı, fərdi qaydada vətəndaşların öz sifarişləri ilə də qazlaşdırma işləri aparılır. Küçə xətti mövcud olduqda ilk növbədə vətəndaş ərizə və mülkiyyəti təsdiq edən sənədlə bu sahəyə xüsusi icazəsi, lisenziyası olan podratçı təşkilata müraciət etməlidir:
"Müraciət etdikdən sonra podratçı təşkilatın sorğusu əsasında “Azəriqaz” İstehsalat Birliyinin mütəxəssisləri fərdi yaşayış evinə baxış keçirirlər. Qaz təchizatı mənbəyi müəyyən olunur, qazlaşma sxemi və sorğu blankı tərtib olunur. Həmin sənədlər əsasında vətəndaşın sifarişi ilə lisenziyası olan podratçı təşkilat tərəfindən fərdi yaşayış evinin qazlaşdırılması layihəsi hazırlanır.
Vətəndaşla podratçı təşkilat arasında bağlanmış müqavilə əsasında fərdi yaşayış evinin qaz xətlərinin çəkilməsi işləri aparılır və müvafiq qaydada istismara qəbul olunur. Bu işlər tamamlandıqdan sonra podratçının müraciəti əsasında “Azəriqaz” İB tərəfindən ödənişsiz olaraq qaz sayğacının quraşdırılması həyata keçirilir, abonent kodu açılır, vətəndaş ilə müvafiq qaydada qazın alqı-satqısı müqaviləsi bağlanır və təbii qazın verilməsi təmin olunur. Küçə xətti mövcud olmadıqda isə vətəndaş ilk növbədə küçə xəttinin çəkilməsi üçün texniki şərtin alınması məqsədi ilə “ASAN Kommunal” və ya “ASAN xidmət” mərkəzlərinə müraciət etməlidir. Həmin mərkəzlər vasitəsi ilə “Azəriqaz” İB tərəfindən tam ödənişsiz olaraq küçə xəttinin çəkilməsi texniki şərti vətəndaşa təqdim olunur. Texniki şərtləri əldə etdikdən sonra vətəndaş yenə də müraciət edir bu sahədə xüsusi icazəsi olan podratçı təşkilata. Podratçı təşkilat tərəfindən küçə xəttinin layihəsi hazırlanır, vətəndaşların öz sifarişləri və öz vəsaitləri hesabına küçə xətləri çəkilir, müvafiq qaydada istismara qəbul olunur. Həmin küçə xəttinə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən təbii qazın verilməsi təmin olunur, sonra isə yenə də vətəndaşlar fərdi qaydada podratçı təşkilata müraciət etməklə fərdi qazlaşma işlərini həyata keçirir.
Xüsusi ilə qeyd etmək lazımdır ki, fərdi qazlaşma ilə bağlı hər hansı bir dövlət rüsumu yoxdur. “Azəriqaz” İB tərəfindən hər hansı bir ödəniş tələb olunmur və vətəndaşlara da müraciət edirik ki, bu hallarda diqqətli olsunlar, kimsə “Azəriqaz” İB-nin adından hansısa formada sui-istifadə edə bilər. Yenə də qeyd edirik ki, hansısa bir vəsait tələb olunmur. İşlərin görülməsi, işlərin qiyməti yalnız müstəqil sahibkarlıq subyekti olan podratçı təşkilat arasında olan müqavilə ilə tənzimlənir. Bu qayda ilə ötən illərdə - 2020 və ondan qabaqki illərdə orta hesabla ölkə ərazisində 30-35 minə yaxın fərdi yaşayış evi qazlaşdırılıb.
Vətəndaşlar “ASAN Xidmət” və ya “ASAN Kommunal” mərkəzlərində podratçı təşkilatların əlaqə nömrələri, ünvanları ilə tanış ola bilərlər. Həmin podratçı təşkilatlarla danışıqlar apararaq görüləcək işlərin qiymətini təyin edirlər. “ASAN Kommunal” və ya “ASAN xidmət” mərkəzlərində hansısa ödənişin olması nəzərdə tutulmur. Yalnız podratçı təşkilatla müqavilə şərtlərinə uyğun olaraq qiymətlər müəyyən olunur və həmin o ödənişlər podratçı təşkilatın bank hesabına ödənilir.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"