Ermənistanda kriminal avtoritet güllələnib

img

23-03-2021 [16:47]


Ermənistanda kriminal avtoritet güllələnib.

Bu barədə shamshyan.com saytı məlumat yayıb.

“Boksçu Samo” kimi tanınan kriminal avtoritet Samvel Matevosyan Vanadzor şəhər xəstəxanasına yerləşdirilib. O, başından və bədənindən çox saylı güllə yaraları olub.

Saytın məlumatına görə, vəziyyəti ağır olan S. Matevosyan martın 22-də Vanadzor-Dilican yolunda avtomobil qəzasına düşüb. Qəza nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb. Polisin versiyasına görə, avtomobil qəzasının güllənmə ilə əlaqəsi var/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR