Bu obyektlərdə qaydalar pozulub - SİYAHI
23-03-2021 [15:13]
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir.
Mia.az xəbər verir ki, nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 269 ictimai iaşə obyektində 472 monitorinq keçirilib.
Monitorinqlər zamanı 20 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələri aşağıdakılardır.
1. Sumqayıt şəhəri, 20 Yanvar küçəsi 65 ünvanında yerləşən, fiziki şəxs Bağırov Murad Tofiq oğluna məxsus "Bibər Pizza" restoranı;
2. Abşeron rayonu, Xırdalan şəhərində yerləşən, fiziki şəxs Abbasov Fazil Həşim oğluna məxsus "Ayanz" restoranı;
3. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ. Əhlimanov küçəsində yerləşən, fiziki şəxs Muxtarova Sonaya məxsus “Faxralı” restoranı;
4. Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsində yerləşən, fiziki şəxs Yusifli Orxan Sərdar oğluna məxsus “Kvadrat Bar” restoranı;
5. Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 2, Xavər Vəliyev küçəsi, ev 2 ünvanında yerləşən, fiziki şəxs İbrahimov Kamal Vaqif oğluna məxsus kafe;
6. Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni məhəllə, ev 2 ünvanında yerləşən, fiziki şəxs Əzimov Samir Səttar oğluna məxsus kafe;
7. Bakı şəhəri, Sabunçu rayonu, Zabrat ŞTQ, Xavər Vəliyev küçəsi, ev 16 ünvanında yerləşən, fiziki şəxs Əlizadə İsmayıl Ağadadaş oğluna məxsus çay evi;
8. Bakı şəhəri, Səbail rayonu, Ə. Əliyev küçəsi, ev 11 ünvanında yerləşən, fiziki şəxs Əliyev Cavid Cabir oğluna məxsus kafe;
9. Bakı şəhəri, Səbail rayonu, Rzayeva küçəsi, ev 13m ünvanında yerləşən, fiziki şəxs Qafarov Emin Murad oğluna məxsus “Nest” restoranı;
10. Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov ilə Şəhriyar küçələrinin kəsişməsində yerləşən, fiziki şəxs Novruzova Sürəyya Tufan qızına məxsus "Avalon" kafesi;
11. Bakı şəhəri, Yasamal rayonu, Şəhriyar küçəsi 28B ünvanında yerləşən, fiziki şəxs Məsimov Müslüm Polad oğluna məxsus "Daş dövrü" restoranı;
12. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 19 ünvanında yerləşən, fiziki şəxs Fərzəliyev Səxavət Şahlar oğluna məxsus kafe;
13. Bakı şəhəri, Nəsimi rayonu, Behbudov küçəsi 26M ünvanında yerləşən, fiziki şəxs Abbasov Elgün Əvəz oğluna məxsus “Köz” kafesi;
14. Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 59B ünvanında yerləşən, hüquqi şəxs “McDonald`s Azərbaycan" Qapalı Səhmdar Cəmiyyətinə məxsus restoran;
15. Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 74H ünvanında yerləşən, fiziki şəxs Eyvazova Səbinə Ədalət oğluna məxsus kafe;
16. Gəncə şəhəri, Nərimanov 438C ünvanında yerləşən, fiziki şəxs Abbasov Tural Etibar oğluna məxsus “Boçka” kafesi;
17. Salyan rayonu, Ələt-Astara şossesində yerləşən, fiziki şəxs Mustafayev Elvin Mail oğluna məxsus restoran;
18. İsmayıllı rayonu, Bizlan kəndində yerləşən, fiziki şəxs Məhərrəmov Pərviz Xamis oğluna məxsus “Qədim Basqal” kafesi;
19. İsmayıllı rayonu, Lahıc qəsəbəsində yerləşən, fiziki şəxs Haşımlı Könül Əli qızına məxsus “Cənnət Bağı” restoranı;
20. Bakı şəhəri, Səbail rayonu, Əziz Əliyev küçəsi 4/6 ünvanında yerləşən, hüquqi şəxs "New Bakı Hotel" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “The Merchant” mehmanxanasının tərkibində fəaliyyət göstərən restoran.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda respublika üzrə AQTA müfəttişləri tərəfindən monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.
BMT-nin Baş katibindən Bakı ilə İrəvan arasındakı anlaşmaya reaksiya: "Razılaşmanı alqışlayırıq"
Bakıda 21 yaşlı oğlan 22 yaşlı qızı bıçaqladı
"Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır
Blinkendən 4 kəndinin Azərbaycana qaytarılması haqda - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib