İcra başçısı teatr binasının və idman sarayının tikintisinə 19 milyon manat xərcləyəcək

img

19-03-2021 [18:09]


Gəncə Şəhər İcra Hakimiyyəti teatr binasının və idman sarayının inşası ilə bağlı elan etdiyi açıq tenderlərin qalibi "Rövşən Oğuz Qrup" MMC-yə müvafiq olaraq daha 9,35 milyon manat və 9,4 milyon manat, ümumilikdə 18,75 milyon manat ödəyəcək.

"Report" bu barədə vahid dövlət satınalmaları portalına istinadən xəbər verir.

Xatırladaq ki, bundan əvvəl sözügedən tikintilərlə bağlı müvafiq olaraq 16,9 milyon manat və 6,4 milyon manat, ümumilikdə 23,3 milyon manat ayrılmışdı. Beləliklə, 2 obyektin inşa xərcləri 42 milyon manatı keçəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR