Bakıda zəncirvari qəza: ölən və yaralanan var

img

18-03-2021 [12:42]


Binəqədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə martın 17-də saat 23 radələrində Xocəsən qəsəbəsi ərazisində baş verib.

Bakı şəhər sakini V.Quliyev idarə etdiyi “Opel” markalı avtomobili qarşıda gedən Abşeron rayon sakini E.Nəbiyevin idarə etdiyi “AzSamand” markalı avtomobilə vurduqdan sonra yolun kənarında dayanmış “Mercedes” markalı yük avtomobilinə dəyib.

Nəticədə V.Quliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb, sərnişini xəstəxanaya yerləşdirilib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR