"Brent" markalı neftin orta qiyməti bu il 60 ABŞ dolları təşkil edəcək - Proqnoz

img

18-03-2021 [12:09]


"S&P Global Ratings"in ("S&P") beynəlxalq reytinq agentliyinin yenilənmiş proqnozlarına əsasən, "Brent" markalı neftin 1 barelə olan orta qiyməti bu il 60 ABŞ dolları təşkil edəcək.

Məlumata görə, agentlik 2022-ci ildə sözügedən markalı neftin qiymətinin həmin səviyyədə qalacağını güman edir. 2023-cü ildə isə bu göstəricinin 55 dollara enəcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, "Fitch Ratings" beynəlxalq agentliyi də "Brent" və WTI markalı neftin qiymətləri üzrə proqnozlarını yüksəldib. Beləki, 2021-ci il üçün "Brent" markalı neftin 1 barelinin qiymət proqnozu agentlik tərəfindən 45 ABŞ dollarından 58 dollara qədər yüksəldilib, WTI markalı neftin qiyməti üzrə gözləntilər isə bu il üçün 42 dollardan 55 dollaradək artırılıb/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR