"Gəlin, Allahın qəzəbindən qorxaq..." - Elxan Şükürlü yazır
18-03-2021 [00:17]
Elxan ŞÜKÜRLÜ,
Ədalət partiyasının sədr müavini
***
Böyük Həzrət Əlinin sözüdür: "Allahın heç sevmədiyi kəslərdən biri qarışıq dövrdə məmləkətində fitnə çıxaranlardır".
Şübhəsiz ki, 44 günlük Qarabağ savaşını qalibiyyətlə yekunlaşdıra bilməyimizdə həmin vaxt ölkənin içərisində fitnə çıxmaması, qarışıqlıq yaranmaması da çox önəmli rol oynadı.
Hakimiyyət iddiası olan bütün, hətta ən radikal, barışmaz saydığımız siyasi partiyalar belə, hakimiyyətə qarşı çıxşlarını dayandırdı, birmənalı şəkildə Ordumuza dəstəyini ifadə etdi; hər kəs ölkəmizin qələbə qazanması üçün əlindən nə gəlirdisə, onu da ortaya qoymağa çalışdı; heç bir partiya içdə qarışıqlıq salmağa, fitnəkarlıq etməyə qalxmadı...
Qısası, Qarabağ, 44 günlük savaş siyasi baxımdan bölünmüş, parçalanmış millətimizi yenidən toparlayıb birləşdirdi, həmin anadək fərqli siyasi səngərlərdə olanları eyni səngəri qorumağa və bir-birinə etibar etməyə mükəlləf əsgərlərə çevirdi...
Əslində, illərdir ölkənin taleyini düşünən hər kəsin arzusu, istəyi də elə məhz budur: millət bir olsun, birgə olsun, ümummilli məsələlərdə həmrəylik, təpər və qeyrət göstərsin! Çünki biz ancaq bir olanda, birgə olanda uğur qazana, qalib gələ bilirik! Bütün faciələrimizsə ancaq birliyimiz pozulduğu, içimizə nifaq toxumu səpildiyi, daxilimizdəki Şeytanların öz maraqları naminə ortaya düşüb, fitnə saldığı, qarışıqlıq yaratdığı zamanlarda olub!
... Bu gün ölkənin 48 partiyasının rəhbər və təmsilçiləriylə birgə Ağdama - düşmənin darmadağın etdiyi, daşı daş üstə saxlamadığı və bizə əsl düşmənlərimizin kimliyini, gerçək mahiyyətini yaxşı anladan bu kabus şəhərimizə ayaq basarkən, mən, ilk növbədə, içdə milli birliyin yaradılmasının və qorunub saxlanmasının bundan sonra daha çox gərəkli, əhəmiyyətli olduğunu bir daha anladım, dostlar!
Anladım ki, viran, xaraba qoyulmuş Qarabağımızı yenidən dirçəltmək, Cənnətə çevirmək və daha möhkəm qorumaq üçün bizim birgəlikdən, birlikdən başqa yolumuz, çarəmiz qalmayıb! Yoxsa bu azğın düşmənlərimiz yenə yaratdığımız bir boşluqdaca, fürsət tapıb, bütün Azərbaycanı Ağdamın indiki halına salarlar!
Yenidən doğma yurdlarımızın, evlərimizin, ata-babalarımızın məzarlıqlarının bu kökə düşməsini, milli qürurumuzun ayaqlar altına sərilməsini istəmiriksə, 44 gün ərzindəki birliyimizi, mübarizə əzm və ovqatımızı mütləq bundan sonra daha çox qoruyub saxlamalı, daha çox gücləndirməliyik, dostlar!
İqtidarda və ya müxalifətdə durmasından asılı olmayaraq, kim bu birliyi pozacaqsa, bilin ki, fitnəkardır, bu millətdən deyil və ölkəni vəhşi, yırtıcı bir düşmən qarşısında zəif buraxmaq istəyir!
...Bu gün Ağdamda ziyarət etdiyimiz Cümə Məscidinin qapısına "Qurani-Kərim"in "Fəth" surəsindən də bir ayə nəqş edilib. "Quran"ı oxumayanlara, oxuyub da anlamayanlara xatırladım ki, "Fəth" surəsinin ilk 3 ayəsi, sanki, bizə - iqtidarlı, müxalifətli hər kəsə, bütün millətimizə çağırışdır!
Baxın, o ayələrdə nə deyilir: "Biz sənə açıq-aydın bir zəfər bəxş etdik. Ona görə ki, Sənin keçmiş və gələcək günahlarını bağışlayaq, Səni doğru yola yönəldək və bu zəfərlə Səni möhkəmləndirək!"
İnanın, biz Ağdamın bugünkü halını görəndən sonra da nəticə çıxarmayacağıqsa, 44 günlük qələbənin həm də bizi doğru yola yönəltmək üçün Allahın bir lütfü və mərhəməti olduğunu qəbul etməyəcəyiksə, ağıllanmayacaq, dəyişməyəcək və yenə də hər şeyə köhnə qaydada davam edəcəyiksə, sonda elə Allahın özünü qəzəbləndirəcəyik!
Gəlin, Allahın qəzəbindən qorxaq, Onun sevmədiyi işlərdən uzaq duraq ki, bəlkə, bundan sonra nicat tapan millətlərdən olaq!
MİA.AZ
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"