Samir Şərifov QSC-nin Müşahidə Şurasını topladı: nələr müzakirə olunub? + FOTO
17-03-2021 [20:27]
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 fevral tarixli sərəncamına əsasən yaradılmış “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının ilk iclası keçirilib.
Mia.az APA-ya istinadla xəbər verir ki, Müşahidə Şurasının sədri, maliyyə naziri Samir Şərifovun sədrliyi ilə keçirilən iclasda Şurasının və Cəmiyyətin İdarə heyətinin üzvləri iştirak ediblər.
İlk olaraq Cəmiyyətin Müşahidə Şurasının sədri və üzvləri göstərilən etimada görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.
S.Şərifov vurğulayıb ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının ilk iclasının ölkə başçısının bu günlərdə açılışını etdiyi səhmdar cəmiyyətin yeni binasında baş tutması əlamətdar hadisədir. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi ölkəmizin ən qocaman şirkətlərindən biri kimi zəngin və şərəfli bir yol keçib. 160 ildən artıq zəngin təcrübəyə malik şirkət öz parlaq tarixi boyunca hər bir mərhələdə milli iqtisadiyyatımızın inkişafına əhəmiyyətli töhfələr verib. Cəmiyyətin fəaliyyət coğrafiyası təkcə Xəzər hövzəsi ilə məhdudlaşmır, dünyanın bir çox tanınmış ərazilərini, yükdaşıma bazarlarını əhatə edir.
Azərbaycanın Avropa ilə Asiya arasında əlverişli coğrafi mövqeyi və Xəzərdən keçən beynəlxalq yükdaşıma marşrutları hazırda Xəzər Dəniz Gəmiçiliyinin nəqliyyat donanmasının tranzit yükdaşımalarının həyata keçirilməsində xüsusi əhəmiyyətini daha da artırır. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti Xəzər dənizində irimiqyaslı neft və qaz layihələrinin və beynəlxalq yük daşınmalarının müvəffəqiyyətlə həyata keçirilməsində, ölkəmizin rəqabət qabiliyyəti və tranzit potensialının gücləndirilməsində mühüm rola malikdir və Cəmiyyətin Xəzərdə özünün aparıcı mövqeyini qoruması üçün bundan sonra daha böyük əzmlə çalışılmalıdır.
Müşahidə Şurasının sədri xatırladıb ki, ölkə başçısının rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatı yeni islahatlar mərhələsinə qədəm qoyub. Bu yeni mərhələdə ölkədə iri dövlət şirkətlərinin maliyyə-təsərrüfat fəaliyyətində dayanıqlılığın artırılması, onların gəlir və xərclərinə nəzarətin daha da gücləndirilməsi, paylarının nəzarət zərfi dövlətə məxsus hüquqi şəxslərin idarə olunmasının təkmilləşdirilməsi qarşıda duran əsas çağırışlardandır.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi və daha da inkişafına yönəldilmiş addımların atılması Müşahidə Şurasının əsas vəzifəsidir. S.Şərifov əminliyini bildirib ki, Müşahidə Şurası QSC-nin idarə heyəti ilə əməkdaşlıq müstəvisində çalışaraq qabaqcıl təcrübə və müasir idarəetmə çərçivəsində Cəmiyyətin fəaliyyətində səmərəliliyi artırmaq, onun idarə edilməsini müasir korporativ idarəetmə standartları nəzərə alınmaqla təkmilləşdirmək istiqamətində fəaliyyət göstərəcəkdir.
İclasda Cəmiyyətin korporativ idarəetmə sisteminin prinsipləri, Müşahidə Şurasının funksiyası və səlahiyyətləri ilə bağlı Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun müavini Zaur Qurbanovun, Cəmiyyətin fəaliyyəti üzrə aktual məsələlərlə bağlı isə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Rauf Vəliyevin təqdimatları dinlənilib, Azərbaycan Prezidentinin Fərman və Sərəncamlarından irəli gələn vəzifələrin icrasının təmin edilməsi məqsədilə həyata keçiriləcək tədbirlərlə bağlı müzakirələr aparılıb.
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb