Bakıda ailəsini qumbara ilə öldürmək istəyən Malakanov tutulub

img

17-03-2021 [11:31]


Bakıda ailəsini qumbara ilə öldürmək istəyən şəxs tutulub.

Bu barədə Daxili İşlər Nazirliyindən Mia.az-a bildirilib ki, martın 15-də saat 23.20-də DİN-in “102 - Zəng Mərkəzi”nə müraciət edən bir qadın Lökbatan qəsəbəsində yaşadıqları evdə atasının qumbara ilə onları öldürməklə hədələməsi barədə məlumat verib.

Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat tədbirləri ilə bu cinayət əməlini törətməkdə şübhəli bilinən Y.Malakanov saxlanılıb, ondan “UZRQM-2” markalı qumbara götürülüb.

Araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR