İcra başçısı ilə jurnalist arasında məhkəmə çəkişməsi başladı: "Görün, indi hansımızı daha tez tutacaqlar..."

img

15-03-2021 [16:59]


Quba Rayon İcra Hakimiyyətini başçısı Ziyəddin Əliyev Xaçmazda yaşayan jurnalist Cəmil Məmmədlini məhkəməyə verib.

Mia.az xəbər verir ki, bu barədə jurnalistin özü açıqlama verib.

Bildirib ki, Cinayət Məcəlləsinin 147.2-ci (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə xüsusi ittiham qaydasında şikayət Xaçmaz Rayon Məhkəməsinə təqdim edilib: "İş hakim Anar Sadıqovun icraatına verilib".

Jurnalist bildirib ki, məhkəmədə əlindəki dəlil-sübutları ortaya qoyacaq: "Görün, indi hansımızı daha tez tutacaqlar...".

Xatırladaq ki, jurnalist sosial şəbəkədə icra başçısının 200 nıfərin adına açılan kartları götürməkdə və sair ciddi korrupsiyada ittiham edən yazılar yazıb.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR