Barak Obama boşanır

img

25-12-2013 [12:40]


ABŞ "First lady"-si Mişel Obama həyat yoldaşı prezident Barak Obamadan ayrılır. "National Enquirer" jurnalında Obamalar ailəsində gərginliklərin baş verməsi və ailədaxili münaqişələrin yüksək həddə çatdığı bildirilir. 

Nəşrdə qeyd olunub ki, ABŞ-ın birinci xanımı vəkillə əlaqə saxlayıb və evdən köçmək üçün əşyalarını toplamağa başlayıb. Çütlüyün münasibətlərinin pozulma səbəbi kimi Nelson Mandelanın dəfn mərasimi zamanı Barak Obamanın Danimarkanın baş naziri Xelle Torninq-Şmitə isti münasibət göstərməsi olduğu bildirilir. Həmçinin jurnalda mərasim zamanı çəkilən fotonun da Mişel Obamanı belə bir addım atmağa məcbur etdiyi bildirilir. Nəşrin yazdığına görə cütlük arasında münasibətlər uzun müddətdir ki, pozulub./anspress

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA