KTN 43.4 milyona hansı texnikaları alıb?

img

11-03-2021 [12:22]


2020-ci ildə Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqroservis” ASC 43,4 milyon manat dəyərində texnika alıb.

Report xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin ötənilki fəaliyyəti ilə bağlı hesabatında bildirilir.

Məlumata görə, bunlar 562 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası, o cümlədən 100 taxılyığan kombayn, taxıl biçinində mürəkkəb relyefli ərazilərə istifadəyə imkan verən konfiqurasiyaya malik 25 taxılyığan kombayn9 traktor428 taxılçılıq, pambıqçılıq və digər ənənəvi kəns təsərrüfatı sahələrində istifadə edilən aslıan-qoşulan kənd təsərrüfatı texnikalardır, alınaraq kənd təsərrüfatı məhsullarının istehsalçılarının istifadəsinə verilib.

2020-ci ildə 39 kombayn, 1,1 min traktor  6,1 min digər texnika olmaqla ümumlikdə 7,2 min kənd təsərrüfatı texnikasının lizinqə verilməsi və güzəştli şərtlərlə satışı həyata keçirilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR