Azərbaycanda fevralda nikaha girmək istəyən 97 nəfərdə sifilis, 21 nəfərdə QİÇS aşkarlanıb

img

09-03-2021 [10:34]


Azərbaycanda fevral ayı ərzində nikaha daxil olmaq istəyən 9 676 nəfər müayinədən keçib.

Məlumata görə, müayinədən keçənlərdən 373 nəfərdə talassemiya daşıyıcılığı, 97 nəfərdə sifilis, 21 şəxsdə isə QİÇS aşkarlanıb.

Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı isə olub.

Qeyd edək ki, 2015-ci ildən indiyədək 720 897 nəfərin qan müayinəsi aparılıb. 25 073 cütlükdən birində talassemiya daşıyıcılığı, 293 cütlüyün hər ikisində daşıyıcılıq aşkarlanıb. Bu müddət ərzində 2 802 nəfərdə sifilis, 740 nəfərdə HİV(QİÇS) qeydə alınıb"/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR