Rumıniya Azərbaycana yeni səfir göndərir

img

08-03-2021 [16:32]


Rumıniya Xarici İşlər Nazirliyi Azərbaycandakı səfir vəzifəsinə namizədi nəzərdən keçirilməsi üçün ölkə parlamentinə təqdim edib.

Yeni səfir namizədi 2014-cü ildən 2020-ci ilədək Rumıniyanın Rusiyadakı diplomatik nümayəndəliyinə rəhbərlik edən Vasile Soaredir.

Ümumilikdə Rumıniya parlamentinə baxılması üçün 26 səfir namizədin adı göndərilib.

Daha əvvəl Rumıniya səfiri Dan Yankunun Azərbaycandakı diplomatik missiyasını başa vurmaqda olduğu bildirilmişdi. O, 2016-cı ilin oktyabrından bəri Rumıniyanın ölkəmizdəki diplomatik nümayəndəliyinə rəhbərlik edirdi/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR