Salyanda maşın qaçıran qadınlar saxlanıldı

img

08-03-2021 [16:07]


Salyan rayonunda oğurluq hadisəsi baş verib.

Mia.az xəbər verir ki, Salyan rayon polis şöbəsinə martın 7-də saat 16 radələrində rayon ərazisindən Bakı şəhər sakini S.Nəcəfova məxsus “Opel” markalı avtomobil qaçırılması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini M.Bayramova və sərnişini, paytaxt sakini M.Orduxanova saxlanılıblar.

Faktla bağlı Salyan Polis Şöbəsində araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR