5 aylıq komadan sonra şəhid olan əsgər Sabirabadda dəfn edilib: "Nişanlı idi..."

img

08-03-2021 [14:42]


Vətən müharibəsi şəhidi əsgər Balakişiyev Zamin Dadaş oğlu torpağa tapşırılıb.

Məlumata görə, Sabirabad rayonunun Qaralar kəndində dəfn edilib.

Dəfn mərasimində şəhidin yaxınları, rayon ictimaiyyətinin nümayəndələri və rayon sakinləri iştirak edib.

***

Vətən müharibəsi zamanı yaralanaraq 5 ay komada qalan şəhid əsgərin nəşi dəfn edilmək üçün Sabirabada gətirilib.

Məlumata görə, əsgər Balakişiyev Zamin Dadaş oğlu dünən müalicə olunduğu hospitalda vəfat edib.

Şəhid əsgər vida mərasimindən sonra doğulduğu Sabirabad rayonunun Qaralar kənd qəbiristanlığında dəfn ediləcək.

Şəhidimiz nişanlı idi.

Qeyd edək ki, Zamin Balakişiyev 2001-ci ildə Sabirabad rayonunun Qaralar kəndində anadan olub.

Ali Baş Komandanın sərəncamı ilə “Laçının azad olunmasına görə” medalı ilə təltif edilib/Report.

Allah rəhmət eləsin!


Digər xəbərlər
SON XƏBƏRLƏR