Gürcüstanda qadın siyasətçi hərəkat yaradıb

img

08-03-2021 [13:15]


Gürcüstanın müxalif siyasətçisi Elene Xoştariya “Droa!” (“Vaxtdır!”) adlı yeni hərəkat təsis edib.

O, bu barədə ictimaiyyətə videomüraciətində bildirib.

Müxalifət cəbhəsində ən fəal xanımın sözlərinə görə, siyasi təşkilatın əsas məqsədi rüşvətxor məmurları və bütün ədalətsizlikləri ifşa etmək olacaq.

“Ədalətsizliklə mübarizə aparanlar, sizi yalnız qoymayacağıq”, - E.Xoştariya müraciətində deyib.

Qeyd edək ki, 42 yaşlı E.Xoştariya ötənilki parlament seçkilərindən sonra Avropalı Gürcüstan Partiyasından istefa verib. O, 2007-2012-ci illərdə Gürcüstanın Avroatlantik inteqrasiya məsələləri üzrə dövlət nazirinin I müavini vəzifəsini tutub. 2016-2020-ci illərdə parlamentdə təmsil olunub. 2017-ci ildə yerli seçkilərdə Tbilisi meri vəzifəsi uğrunda mübarizə aparıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR