Millimizin baş məşqçisi: “Müəyyən dəyişiklik edəcəyik”
08-03-2021 [10:30]
“Atmosfer yaxşıdır. Sadəcə səfərlə əlaqədar uşaqlarda yorğunluq var idi. Bunu xüsusilə də səhər məşqində hiss etmək olardı. Sanki yuxulu idilər. Amma axşam hazırlığı zamanı fərqli ab-hava izlədik. Oyunçularım daha istəkli və həvəsli idilər. Heyətdə ciddi zədəsi olan futzalçı yoxdur. Bu da bizi sevindirən cəhətdir”.
Bunu futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Joze Alesio Da Silva Kişineu şəhərində Moldova yığması ilə keçirəcəkləri Avropa çempionatının seçmə qrup oyunundan öncə azfutzal.az-a açıqlamasında deyib.
Baş məşqçi Bakıda Moldova ilə keçirilən görüşdə sarı vərəqə alaraq cəzalı duruma düşən Rafael Vilelanın yoxluğuna görə çətinliyin olacağını, amma fərqli taktiki variantlar üzərində işlədiklərini də gizlətməyib: “İlk üç oyunda iki “4-lük” müəyyənləşdirmişdik. Bu dəfə fərqli olacaq. Çünki Vilela sarı vərəqə limitini doldurduğuna görə, cəzalı duruma düşüb. Əlbəttə, hər bir oyunçunun yoxluğu bizim üçün problem yarada bilər”.
Joze Alesio bu boşluğu doldurmaq üçün fərqli sxem üzərində işlədiklərini deyib: “Hazırda oyunçularımızın hamısı yaxşı formadadır. Rafael bizə çox kömək edirdi, ancaq cəzalı olduğundan, əlimizdə olan oyunçularla onun yoxluğunu hiss etdirməməliyik. Məşqlərdə də bunun üzərində işləyirik. Məncə, ciddi çətinlik yaşamarıq”.
O, hər iki komandanın bir-birini yaxşı tanıdığına görə, müəyyən dəyişikliyin qaçılmaz olduğunu gizlətməyib: “Cəmi 3 gün əvvəl qarşılaşmışıq. Hər iki komanda bir-birini yaxşı tanıyır. Buna görə də müəyyən dəyişiklik edəcəyik. Müdafiədə fərqli oynayacağıq, məşqdə də onun üzərində işlədik. Nə etmək istəyirik, edə biləcəyikmi, suallarına aydınlıq gətirdik”.
Millinin baş məşqçisi komanda üçün hər cür şəraitin yaradıldığını, heç bir problemlə üzləşmədiklərini vurğulayıb: “Kişineuda bizim üçün yaxşı şərait yaradılıb. Zal əla vəziyyətdədir, qaldığımız otel yüksək səviyyədədir, oyunçuların da məşqlərə ciddi, istəkli və həvəslə yanaşması məmnunluq yaradır. Təbii ki, maksimum nəticə qazanmaq üçün mübarizə aparacağıq. Xal itkisi haqda düşünmürük. Qələbə qazanmalı, xal ehtiyatımızı artırmalıyıq. Açığı, riyazı hesablamalar aparmırıq. Qrupun son matçına qədər qələbə qazanmaqla bağlı məqsədimiz dəyişməyəcək”.
Qeyd edək ki, martın 9-da Çoresku şəhərindəki "FMF Arena"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:30-da başlanacaq. 3-cü qrupda 3 oyundan sonra Azərbaycan yığması 9 xalla 1-ci, Moldova 4 xalla 3-cü pillədə qərarlaşıb. Qrupda IV turun ilk matçında Yunanıstanı 5:0 hesabı ilə məğlub etmiş Slovakiya 7 xalla 2-ci pillədə yer alıb. Xalı olmayan Yunanıstan isə sonuncudur/Report.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"