Səfirdən barəsində aparılan kampaniyaya sərt reaksiya: "Belə satqın insanlar həmişə olub"
07-03-2021 [17:51]
Son günlər Azərbaycanın Moldovadakı Fövqəladə və Səlahiyyətli səfiri Qüdsi Osmanov haqqında bəzi informasiyalar tirajlanır. İddialara görə, Ukrayna prokurorluğu azərbaycanlı səfirə qarşı cinayət işi açıb. Səbəb kimi Qüdsi Osmanovun qanunsuz olaraq Krıma səfər etdiyi göstərilir.
Mia.az xəbər verir ki, Modern.az məsələnin təfərrüatlarını öyrənmək üçün Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanovla əlaqə saxlayıb.
O, həyatı boyu heç vaxt Krımda olmadığını bildirib:
“Heç vaxt Krımda olmamışam. Söhbət Rusiya prezidenti Vladimir Putinlə birgə çəkilən şəkillərdən gedirsə, deyə bilərəm ki, o şəkil bir il bundan öncə Soçidə çəkilib. Bir şeyi anlamıram. Əgər Krıma qanunsuz səfər etmişəmsə, niyə mənə qarşı cinayət işi açılmalıdır?! Belə olan halda adım arzuolunmaz şəxslər siyahısına salına bilər”.
Qüdsi Osmanov gerçək olmayan informasiyaların yayılmasının ona qarşı növbəti kampaniya olduğunu qeyd edib: “Bu cür tirajlanan dezinformasiyalar mənə və dövlətimə qarşı çirkin kampaniyalardır. Moldovada yaşayan ermənilərlə bəzi qüvvələrin müştərək “işidir”. Bizi ruhdan salmağa çalışırlar. Məni məyus edən fakt odur ki, bu cür çirkin kampaniyada bir qrup azərbaycanlıdan istifadə olunur. Həmin azərbaycanlıların kimliyi bəllidir və ailələrinə görə adlarını açıqlamırıq. Hesab edirəm ki, belə satqın insanlar həmişə olub. Biz isə qarşımıza qoyulan tapşırıqlarla məşğuluq. Bir diplomat kimi bu cür qarayaxma kampaniyasının Ukrayna Azərbaycan qardaşlığına, ikitərəfli əlaqələrə, strateji münasibətlərə xələl gətirməyə hesablandığını istisna etmirəm. Bütün bunlara baxmayaraq biz diplomatiyamızı davam etdirir və öz yolumuzla gedirik”.
Azərbaycanlı səfir Azərbaycan jurnalistikasının məsələyə ədalətli yanaşdığını da vurğulayıb:
“Azərbaycan jurnalistləri məsələyə dünən də, bu gün də ədalətli formada reaksiya verib. Bu o Azərbaycan jurnalistikasıdır ki, 44 günlük Vətən mühabəsində erməni mediasına, erməni propoqandasına qarşı vuruşub. Bu onu göstərir ki, Azərbaycan jurnalistikası zəfər sahibi olan prezidentimizin getdiyi yolu davam etdirirlər. Eyni zamanda, yaxın gələcəkdə dövlətimizin satqın və yaramaz jurnalistlərlə bağlı da ölçü götürəcəyinə şübhə etmirəm. Çünki media sahəsində anarxiyanın mövcudluğu xalqımızn maraqlarının inkişafına qarşı çıxmaqdır. Ümumilikdə isə, satqın və yaramaz jurnalistlər Azərbaycan jurnalistikasının adına xələl gətirə bilməz”.
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI