"Belə bir diplomata qarşı xoşagəlməz məlumat yaymaq nəyə və ya kimə lazımdır?" - Diaspor fəalından səfirə qarşı kampaniyaya etiraz + VİDEO
06-03-2021 [15:21]
"Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanovun guya Ukraynanın işğal olunmuş ərazisi olan Krıma Ukrayna hakimiyyətinin icazəsi olmadan səyahət etməsi və buna görə barəsində guya cinayət işi açılması barədə yayılan xəbərin heç bir əsası yoxdur".
Bu sözləri Mia.az-a Ukraynada yaşayan diaspor fəallarından biri deyib.
O bildirib ki, əvvəla səfir Krıma getməyib: "Bu barədə yayılan xəbərələrə yerləşdirilən Putinlə birgə foto (Həmin foto ilə yanaşı, Soçidəki idman tədbirinin videosu da aşağıda paylaşılıb- Mİa.az) 2020-ci ildə Soçi şəhərində keçirilən idman yarışında çəkilib. Axı bu, çox media resursunda açıq verilib, paylaşılıb. İndi 2020-ci ildə Soçidə olan tədbiri Krıma necə bağlamaq olar ki?!
İkincisi, ən əsası, bir diplomata cinayət işi açılması düşünüldüyü kimi sadə məsələ deyil. Əgər iddia olunan hal varsa, əvvəla bu barədə müvafiq orqan, yəni dost Ukraynanın Xarici İşlər Nazirliyi Azərbaycana rəsmi etiraz məktunu göndərər, eyni zamanda, səfirin adını "qara siyahı"ya salar. Adətən belə xəbərlər də Ukrayna mətbuatında dərhal yer alır. Ancaq belə hal olubmu, varmı? Təbii ki, yox.
Üçüncüsü, diplomatik proseslərlə yanaşı, Ukrayna ilə Azərbaycan arasındakı ikitərəfli münasibətlərin son illərdəki daha da inkişafı, yüksəlişi bu cür ucuz iddiaları rədd edir...".
Qüdsi Osmanovu yaxından tanıdığını deyən müsahibimiz bildiirb ki, o, Azərbaycana sonsuz bağlı olan diplomatdır: "Təbii ki, Krımla bağlı vəziyyəti, Ukraynanın Azərbaycana nə qədər hörmətlə yanaşdığını bu gün onun haqqında ucuz kampaniya aparanların çoxundan gözəl bilir. Sadəcə, Ukraynada yaşayan bir çox azərbaycanlılar kimi, onun haqqında bir neçə saytda oxuduğumuz xəbər bizi bu məsələyə münasibət bildirməyə vadar etdi. Çünki biz onun Moldovada həm 44 günlük Vətən müharibəsi, həm ondan əvvəl, həm indi Azərbaycanın uğuru üçün nələr etdiyini yaxşı bilirik. Təsadüfi deyil ki, 44 günlük müharibə zamanı səfir Qüdsi Osmanovun yüksək səviyyədə apardığı təbliğat tədbirləri Moldovadakı erməniləri elə çıxılmaz vəziyyətə saldı ki, onlar bütün gücləri ilə səfirimizə qarşı hücuma keçiblər.
Məlumat üçün deyək ki, Moldovadakı erməni diasporu, hətta bir erməni deputatı səfirimizi məhkəməyə də veriblər. İndi belə bir məqamda, belə bir diplomata qarşı xoşagəlməz məlumat yaymaq nəyə və ya kimə lazımdır? Düşünürük ki, Azərbaycana belə bağlı olan diplomatları nəinki gözdən salmaq, əksinə onları qorumaq lazımdır".
Mia.az
Şərqşünaslıq İnstitutunda 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbir keçirilib - FOTOLAR
Məhkəmə Ələsgər Məmmədliyə "yox!" dedi
"Azərbaycan və Ermənistan sülhə heç vaxt olmadığı qədər yaxındır, lakin..." - Prezidentin köməkçisi
Güclü külək əsəcək - Xəbərdarlıq
Hamlet faciəsi illər sonra səhnədə -FOTO
Mübariz və Mais Mənsimovlar məhkəməyə verildi
Bakıda və Abşeronda havada toz müşahidə olunur
125 min fələstinli cümə namazını Məscidül-Əqsada qılıb - FOTO
Sabirabadda qan tökən salyanlının cinayət işi məhkəməyə göndərilib
AVRO 2024: hansı ulduz futbolçular kənarda qalıb?
Ramiz Mehdiyev cərimələnib? - "Bunlar başdan-ayağa uydurmadır"
Premyer Liqa: iki turun təqvimi açıqlanıb
Deputatlar bu tarixdə toplanacaq
Həmyerlimiz Avropa çempionatının oyununa təyinat aldı - EKSKLÜZİV
PENSİYA HAQQINDA QANUN DƏYİŞİR: bu şəxslərin vaxtından əvvəl pensiyaya çıxmaq hüququ olacaq (YENİLƏNİB)
ONLARIN TƏHSİL HAQQINI DÖVLƏT ÖDƏYƏCƏK - Yeni qanun
Bu şəxslərin maaşı artırılır - Məbləğlər
Qəzzada müharibənin 175-cü günü: ölənlərin sayı artıb
Biznesmen deputat Ülvi Quliyev federasiyanın fəxri prezidenti olacaq - O, yeni sayt da yaradıb
Sabah yağış yağacaq
"Bu işdə dərman alverçilərinə kömək edən məmurlar var" - Deputat kimlərin "bostanına daş atdı?"
"Fənərbağça" bu futbolçuya qapını göstərdi: "Özünə yeni klub tap!"
Yunanıstanda güclü zəlzələ olub - 5,8 bal gücündə
Üzərinə həbs qoyulmuş əmlaklar... - Yeni qaydalar müəyyənləşib
Bu qanunu pozanlar cəzalandırılacaq - Detallar
Yeni tiklilərə su necə veriləcək? - Qanun dəyişdi
"Bavariya" Arda Güləri transfer etmək istəyir
Daha 163 dövlət əmlakı hərraca çıxarılıb
Deputatlar toplanıb: daha 21 məsələ müzakirəyə çıxarılıb - SİYAHI
YOXSULLUQ və YOXSULLAR
"İncə səhər" verilişində qalmaqallı rəqs...- VİDEO
İsrail Hələb hava limanını bombalayıb - Xeyli ölən və yaralanan var
Jurnalist İdrak Camalbəyli qəfil vəfat etdi
Ombudsman bəyanat yayıb - MƏTN
Türk aktyor COVİD-ə yoluxub - Filmin çəkilişi təxirə salınıb
Qəzzada bir ev vuruldu: 13 nəfər həlak olub, yaralılar var
İstanbulda nəhəng xalça fabriki yanıb - FOTOLAR
Qazaxda əməliyyat: Şöhrət Orucov saxlanılıb
Füzuli şəhərinə daha 138 nəfər köçürülüb
Azərbaycan neftinin qiyməti 90 dollara çatır
Professor Tufan Axundov vəfat edib