"Belə bir diplomata qarşı xoşagəlməz məlumat yaymaq nəyə və ya kimə lazımdır?" - Diaspor fəalından səfirə qarşı kampaniyaya etiraz + VİDEO

img

06-03-2021 [15:21]


"Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanovun guya Ukraynanın işğal olunmuş ərazisi olan Krıma Ukrayna hakimiyyətinin icazəsi olmadan səyahət etməsi və buna görə barəsində guya cinayət işi açılması barədə yayılan xəbərin heç bir əsası yoxdur".

Bu sözləri Mia.az-a Ukraynada yaşayan diaspor fəallarından biri deyib.

O bildirib ki, əvvəla səfir Krıma getməyib: "Bu barədə yayılan xəbərələrə yerləşdirilən Putinlə birgə foto (Həmin foto ilə yanaşı, Soçidəki idman tədbirinin videosu da aşağıda paylaşılıb- Mİa.az)  2020-ci ildə Soçi şəhərində keçirilən idman yarışında çəkilib. Axı bu, çox media resursunda açıq verilib, paylaşılıb. İndi 2020-ci ildə Soçidə olan tədbiri Krıma necə bağlamaq olar ki?!

İkincisi, ən əsası, bir diplomata cinayət işi açılması düşünüldüyü kimi sadə məsələ deyil. Əgər iddia olunan hal varsa, əvvəla bu barədə müvafiq orqan, yəni dost Ukraynanın Xarici İşlər Nazirliyi Azərbaycana rəsmi etiraz məktunu göndərər, eyni zamanda, səfirin adını "qara siyahı"ya salar. Adətən belə xəbərlər də Ukrayna mətbuatında dərhal yer alır. Ancaq belə hal olubmu, varmı? Təbii ki, yox.

Üçüncüsü, diplomatik proseslərlə yanaşı, Ukrayna ilə Azərbaycan arasındakı ikitərəfli münasibətlərin son illərdəki daha da inkişafı, yüksəlişi bu cür ucuz iddiaları rədd edir...".

Qüdsi Osmanovu yaxından tanıdığını deyən müsahibimiz bildiirb ki, o, Azərbaycana sonsuz bağlı olan diplomatdır: "Təbii ki, Krımla bağlı vəziyyəti, Ukraynanın Azərbaycana nə qədər hörmətlə yanaşdığını bu gün onun haqqında ucuz kampaniya aparanların çoxundan gözəl bilir. Sadəcə, Ukraynada yaşayan bir çox azərbaycanlılar kimi, onun haqqında bir neçə saytda oxuduğumuz xəbər bizi bu məsələyə münasibət bildirməyə vadar etdi. Çünki biz onun Moldovada həm 44 günlük Vətən müharibəsi, həm ondan əvvəl, həm indi Azərbaycanın uğuru üçün nələr etdiyini yaxşı bilirik. Təsadüfi deyil ki, 44 günlük müharibə zamanı səfir Qüdsi Osmanovun yüksək səviyyədə apardığı təbliğat tədbirləri Moldovadakı erməniləri elə çıxılmaz vəziyyətə saldı ki, onlar bütün gücləri ilə səfirimizə qarşı hücuma keçiblər.

Məlumat üçün deyək ki, Moldovadakı erməni diasporu, hətta bir erməni deputatı səfirimizi məhkəməyə də veriblər. İndi belə bir məqamda, belə bir diplomata qarşı xoşagəlməz məlumat yaymaq nəyə və ya kimə lazımdır? Düşünürük ki, Azərbaycana belə bağlı olan diplomatları nəinki gözdən salmaq, əksinə onları qorumaq lazımdır".

Mia.az

 

 

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR