"Kurtlar Vadisi”nin yeni çəkilişlərinə hazırlıq görülür

img

06-03-2021 [12:29]


Türkiyənin bir zamanlar damğasını vuran "Kurtlar Vadisi” serialı "Kurtlar Vadisi Xaos” adı ilə ekranlara dönməyə hazırlaşır.

"Haber Global” məlumat verir ki, ekranlarda ən çox izlənilən istehsallardan biri olan serialla bağlı detallar ortaya çıxmağa başlayıb.

Kurtlar Vadisi Xaos”un aktyor heyətinin yaxın aylarda tamamlanması gözlənilir. Serialın çəkilişlərinin iyul ayında başlayacağı qeyd edilir.

Bildirilir ki, hər şey planlaşdırıldığı kimi getsə, "Kurtlar Vadisi Xaos” sentyabr-oktyabr aylarında ekranlara çıxacaq.

Serialın hansı kanalda yaımlanacağı dəqiqləşməyib.//oxu.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA