Bu gün Məmməd Əmin Rəsulzadənin anım günüdür...
GÜNDƏM
06.03.2021, 00:02
Bu gün dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən olmuş Məhəmməd Əmin Rəsulzadənin vəfatından 66 il ötür.
Mia.az xəbər verir ki, Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. Atası oğlunu məşhur pedaqoq Sultan Məcid Qənizadənin müdir olduğu ikinci "Rus-müsəlman" məktəbinə qoyub, buranı bitirdikdən sonra M.Ə.Rəsulzadə öz təhsilini Bakı texniki məktəbində, rus dilində davam etdirib. Milli istiqlal hərəkatımızın və təkcə türk ellərində deyil, bütün Şərq, İslam aləmində ilk respublika üsul-idarəsi olan Azərbaycan Demokratik Respublikasının təməl daşını qoyan Məhəmməd Əmin Rəsulzadənin inqilabi fəaliyyətinin ilk illəri də məhz bu dövrə təsadüf edir. 1902-ci ildə on yeddi yaşında olan M.Ə.Rəsulzadə "Müsəlman gənclik təşkilatı"nı yaradıb. Bu, XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi.
1917-ci ilin payızında M.Ə.Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili seçilib. 1918-ci il mayın 26-da Zaqafqaziya seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olunub. Həmin ayın 27-də seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan Milli Şürası yaranıb. Səs çoxluğu ilə M.Ə.Rəsulzadə Milli Şüranın sədri seçilib.
1918-ci il mayın 28-də bütün ölkələrin radio stansiyaları və qəzetləri Azərbaycan istiqlaliyyətinin elan olunmasını dünyaya yaydılar. Bu o demək idi ki, Azərbaycan xalqı öz varlığını, bir xalq kimi mövcudluğunu bütün bəşəriyyətə çatdırır və milli dövlətinin qurduğunu tam şəkildə bəyan edirdi. Fətəli Xan Xoyskinin başçılığı ilə Azərbaycan Demokratik Respublikası hökuməti təşkil olunub. Beləliklə, Azərbaycan xalqı nəinki türk xalqları arasında, həmçinin bütün Şərqdə ilk dəfə olaraq respublika qurub.
Lakin Azərbaycan Xalq Cümhuriyyətinin ömrü cəmi 23 ay çəkib. 1920-ci ilin 28 aprelində Azərbaycanın sovet Rusiyası tərəfindən işğalından sonra M.Ə.Rəsulzadə vətəni tərk etmək məcburiyyəti ilə üzləşib. Uzun illər xaricdə Azərbaycanın azadlığı uğrunda mübarizə aparmış M.Ə. Rəsulzadə 1955-ci il martın 6-da Ankarada şəkər xəstəliyindən vəfat edib.
1992-ci ilin 24 dekabrında Azərbaycan Prezidenti Əbülfəz Elçibəy Məhəmməd Əmin Rəsulzadənin anadan olması münasibətilə "Görkəmli ictimai-siyasi xadim M.Ə.Rəsulzadənin totalitar sovet rejimi dövründə repressiyaya məruz qalmış ailə üzvlərinin Azərbaycana qaytarılması və onların sosial-məişət məsələlərinin həlli haqqında" sərəncam imzalayıb.
1993-cü ilin 29 dekabrında Azərbaycan Prezidenti Heydər Əliyev "Azərbaycanın görkəmli ictimai-siyasi xadimi M.Ə.Rəsulzadənin anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında" fərman imzalayıb.
Həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2013-cü ilin 22 noyabrında "Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında" sərəncam imzalayıb.
Allah rəhmət eləsin!
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Ərdoğanı yenidən prezident olmağa hazırlaşır - Nazir tədbirdə anons verdi
Bugün, 18:01 SİYASƏT
-
Azərbaycan, Özbəkistan və Türkiyə birgə hərbi təlimə başlayır
Bugün, 17:58 GÜNDƏM
-
İki keçmiş prokuror, iki məhkum... - Kəşfiyyatçının ölüm işinə görə bir yerdə qandallandı
Bugün, 17:38 KRİMİNAL
-
Rəsmi Bakıdan bəyanat: "Azərbaycan məhkəmə sisteminə müdaxilə cəhdləri qəbuledilməzdir"
Bugün, 17:23 SİYASƏT
-
Dövlət Sosial Müdafiə Fondunda yoxlama: nöqsanlar üzə çıxdı, rəhbərlik vəd verdi
Bugün, 17:23 İQTİSADİYYAT
-
“Araz” supermarketlərdə innovativ yenilik: ovuc ilə ödənişlər başladı
Bugün, 17:16 İQTİSADİYYAT
-
RUSİYA XİN BAŞÇISINDAN ŞOK İDDİA: "Qərb bizə qarşı güclü hücuma hazırlıq görürür"
Bugün, 17:05 SİYASƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Avstraliyada çimərlikdə faciə: köpəkbalığı bir nəfəri parçaladı
Bugün, 16:45 DÜNYA
-
Rusiya Yaponiya qarşısına elə tələb qoydu ki...
Bugün, 16:37 DÜNYA
-
Alim Qasımovla Üzeyir Mehdizadə duet oxuyub - VİDEO
Bugün, 16:30 MƏDƏNİYYƏT
-
Zakir Həsənov və Əli Nağıyev generalın dəfnində - FOTOLAR
Bugün, 16:16 GÜNDƏM
-
"Nar”ın dəstəyi ilə “Breyn Rinq”in yeni mövsümünə start verilir
Bugün, 16:05 CƏMİYYƏT
-
Diplomatların Qarabağa səfəri ilə bağlı ermənilərin kampaniyası... - QHT-lər birgə bəyanat yaydı
Bugün, 15:52 SİYASƏT
-
"TikTok"un qurucusu Asiyanın ən varlı insanı oldu
Bugün, 15:31 PRESS
-
Deputat: "Qiymət artırılırsa, keyfiyyət də artırılmalıdır, əgər bu qədər pul ödəyirəmsə, niyə mənim telefonum donmalıdır?"
Bugün, 15:12 CƏMİYYƏT
-
İngiltərə yığmasının heyəti açıqlandı - Kimlər çağırıldı?
Bugün, 14:58 İDMAN
-
"Fənərbaxça"nın qapıçısı yğıma komanda ilə vidalaşdı
Bugün, 14:44 İDMAN
-
Bakı Mühəndislik Universiteti iki şirkətlə sövdələşib - 775 minlik hansl işlər görüləcək?
Bugün, 14:42 İQTİSADİYYAT
-
Bloger narkotikdən test verəcək
Bugün, 14:06 PRESS
-
Azərbaycan Kuboku: püşk atıldı
Bugün, 14:02 İDMAN
-
Pakistanda məscid yaxınlığında arda iki terror aktı - Ən azı 15 ölü, 50-dən çox yaralı var
Bugün, 13:56 DÜNYA
-
İran Hörmüz boğazında neft tankerini vurub: "Bizim icazə olmadan..."
Bugün, 13:49 GÜNDƏM
-
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
Bugün, 13:16 KRİMİNAL
-
"Kurtlar Vadisi"nin savcısı "Leyla" ilərə meydan oxuyur - FOTOLAR
Bugün, 12:54 ŞOU-BİZNES
-
Göy üzü ikiyə bölünəcək: 5 bürc problemlə üzləşəcək
Bugün, 12:54 CƏMİYYƏT
-
Sabah yağış yağacaq
Bugün, 12:44 CƏMİYYƏT
-
“Bank Respublika”nın satın aldığı bankın problemli kreditləri çox imiş - Elman Rüstəmovun bundan xəbəri var?
Bugün, 12:30 İQTİSADİYYAT
-
Azərbaycanda toylarla bağlı qayda dəyişəcək? - 120 nəfər qonaq, 2 saat müddət...
Bugün, 12:19 MƏDƏNİYYƏT
-
DİM sədri: "Heç bir alqoritm qəbul edilmiş qərarın ədalətliliyinə görə insanın əvəzinə məsuliyyət daşıya bilməz"
Bugün, 12:04 GÜNDƏM
-
İcra başçıları həbs edilən həmkarlarından dərs alırmı? - "Prezidentin xəbərdarlığını qulaqlarından sırğa kimi asmalı və..."
Bugün, 12:04 SİYASƏT
-
Klubsuz qalan Mauro İkardiyə sürpriz təklif gəldi
Bugün, 11:59 İDMAN
-
Ərdoğan təlimat verdi - Super Liqa nəhənginə 100 hektar torpaq sahəsi ayrıldı
Bugün, 11:54 İDMAN
-
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
Bugün, 11:21 CƏMİYYƏT