Ramiz Mehdiyev qurultaydan sonra danışdı: "Prezidentə sadiq olmayan məmurlar tanımıram" - VİDEO

img

05-03-2021 [15:47]


Bu gün YAP-ın İdarə Heyəti üzvlüyündən çıxarılaraq Veteranlar Şurasının üzvü seçilən AMEA prezidenti Ramiz Mehdiyev partiyanın qurultayından sonra jurnalistlərə açıqlama verib.

Mia.az Unikal.org-a istinadla xəbər verir ki, R.Mehdiyev bildirib ki, Prezident İlham Əliyevin qurultaydakı çıxışının çox böyük təəssürat yaratdığını deyib: “Mən də qurultayda iştirak elədim. Həmişə olduğu kimi cənab Prezident çox konseptual, çox ağıllı, uzaqgörən çıxışı ilə bütün məsələləri əhatə etdi. Mən özüm qurultayın gedişindən çox razı qaldım. Cənab Prezidentin çıxışından sonra deputatların çıxışları oldu. O çıxışlar da çox yaxşı, məzmunlu, ölkədə gedən proseslərə tamamilə düzgün qiymət verilmiş səpkidə idi”.

R.Mehdiyev bildirib ki, hazırda 5-ci kalon məsələsi ortalığa atılıb: “Həm də burada cənab Prezidentə sədaqətli olan insanları günahlandırırlar. Bizim dövrümüzdə də, indi də işləyənlərin arasında cənab Prezidentə sadiq olmayan məmurlar tanımıram. Biz Heydər Əliyev-İlham Əliyev dəyərlərinə tamamilə sadiqik. Belə də olmalıdır, çünki Azərbaycanın gələcəyi bu yöndədir”.

R.Mehdiyev qeyd edib ki, İdarə Heyətinə seçilən şəxslər arasında tanıdığı və tanımadığı şəxslər də var: “Mən Ağsaqqallar Şurasının üzvü seçildim”.

Famil Fərhadoğlu


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR