NATO-dan rəsmi Tbilisi ilə Kiyevə mesaj: "Qapılarımız sizə açıqdır”

img

04-03-2021 [18:21]


“NATO-nun qapıları Gürcüstan və Ukrayna üçün açıq qalır”.

Bunu Alyansın Baş katibi Yens Stoltenberq Brüsseldə Avropa kollecində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Alyansa üzvlük üçün hər iki ölkə NATO standartlarına cavab verməlidir: “Bu ölkələrə əsas çağırışım ondan ibarətdir ki, islahatlar, demokratik institutların gücləndirilməsi və korrupsiyaya qarşı mübarizəyə diqqət yönəltsinlər”.

Y.Stoltenberq vurğulayıb ki, NATO Gürcüstan və Ukraynaya islahatların həyata keçirilməsinə dəstək verir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA