Daha bir partiya YAP-a birləşmək istəyir - Partiya qurultay keçirdi, qərar verdi
SİYASƏT
04.03.2021, 15:57
Bu gün Milli Qurtuluş Partiyasının (MQP) V qurultayı keçirilib.
Partiyadan Mia.az-a verilən məlumata görə, koronavirus pandemiyası ilə əlaqədar olaraq qurultay onlayn formada baş tutub. Qurultay şəhidlərimizin, partiyanın ilk başqanı, Milli Azadlıq Hərəkatının liderlərindən olan mərhum Məhəmməd Hatəmi Tantəkinin xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edilib.
Partiya başqanı Vüqar Orucun və Mərkəzi Nəzarət-Təftiş Komissiyası sədrinin fəaliyyət hesabatları dinlənilib. Qurultay nümayəndələri partiyanın bu müddət ərzində fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.
Partiya başqanı Vüqar Oruc partiyanın fəaliyyətinə xitam verilməsi və kollektiv şəkildə Yeni Azərbaycan Partiyasına (YAP) qoşulması təşəbbüsü ilə çıxış edib və məsələ gündəliyə daxil edilib.
Təklifini əsaslandıran başqan qeyd edib ki, Milli Qurtuluş Partiyası ideoloji dəyərlərlə silahlanan partiya olub və torpaqlarımızın düşmən tapdağından azad olunması, instusional və idarəetmə sistemində köklü islahatların aparılması istiqamətində ardıcıl fəaliyyət göstərib:
“44 günlük Vətən Müharibəsi zamanı Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında böyük tarixi uğura imza atdı. Prezidentin əzmkarlığı, iradəsi, şəhid və qazilərimizin canı-qanı bahasında biz bu qələbəni əldə etdik. Bu qələbə ilə dövlət kimi, bir daha bütün dünyada özümüzü təsdiq etdik. Üzərimizdə olan ləkəni sildik. Biz tarixi Zəfər qazandıq. Uzun illərdir idarəetmə sistemində ishalatların həyata keçirilməsini tələb edirdik”.
V.Orucun sözlərinə görə, bu gün hakimiyyətin bütün qollarında – icraedici, qanunverici, məhkəmə sistemində dərin islahatlar həyata keçirilir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ölkəmizin inkişafı naminə ortaya ciddi siyasi iradə qoyublar və bu bizim maraqlarımıza tam uyğundur.
MQP başqanı qeyd edib ki, müasir şəraitdə yenilənən Yeni Azərbaycan Partiyası ilə Milli Qurtuluş Partiyasının strateji məqsədləri eynidir və vacib hədəflər uğrunda dağınıq deyil, birgə fəaliyyət daha məqbuldur.
Məsələ səsə qoyulub və partiya üzvləri yekdilliklə Milli Qurtuluş Partiyasının kollektiv şəkildə Yeni Azərbaycan Partiyasına qoşulması ilə bağlı qərar qəbul ediblər.
Xatırladaq ki, bundan əvvəl Yurddaş Partyası YAP-a birləşmək barədə qərar qəbul edib.
YAP-ın qurultayı sabah, martın 5-də keçiriləcək.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Ər-Riyadda dronlara yenə hücum olunub
Bugün, 00:13 DÜNYA
-
Dövlət Baxçalının bacısı vəfat edib
Bugün, 00:10 DÜNYA
-
TRAMPDAN SEÇKİ GÜNÜ İRANLA BAĞLI MÜHÜM - AÇIQLAMA
Bugün, 00:04 GÜNDƏM
-
Deputatın daha 4 yaxını həbs edildi - Qardaşı və 6 nəfər isə ev dustaqlığına buraxıldı
Bugün, 00:03 SİYASƏT
-
Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib - FOTOLAR
02.11.2026, 23:07 SİYASƏT
-
Türkiyədə iki güclü zəlzələ oldu
02.11.2026, 22:10 GÜNDƏM
-
Bu rayonlarda işıq olmayacaq - Sabahla bağlı xəbərdarlıq
02.11.2026, 22:10 CƏMİYYƏT
-
Kifli çörək, AQTA və №1-in təlaşı...
02.11.2026, 19:41 CƏMİYYƏT
-
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
02.11.2026, 19:40 GÜNDƏM
-
Noyabrda bu üç bürc üçün gəlir
02.11.2026, 19:13 CƏMİYYƏT
-
Quba Soyqırımı Memorial Kompleksi maarifləndirici tədbirlər keçirib
02.11.2026, 19:04 CƏMİYYƏT
-
Veteran prokurorlar təltif olunub
02.11.2026, 18:55 GÜNDƏM
-
"Şəki Yaylası”ndakı dəhşətli faciə... - Baş Prokurorluq yeni məlumat yaydı
02.11.2026, 18:31 KRİMİNAL
-
İrandan Azərbaycana 136 kq-dan çox narkotik keçirmək istəyiblər
02.11.2026, 18:04 KRİMİNAL
-
Azərbaycanda 14 yaşlı qız hamilə qaldı - Əsgər həbs edildi
02.11.2026, 17:19 CƏMİYYƏT
-
Ceyhun Bayramov Yaponiyanın yeni səfiri ilə müzakirə aparıb
02.11.2026, 17:09 SİYASƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
02.11.2026, 17:00 İQTİSADİYYAT
-
Rəşid Vəzirov nazir müşaviri təyin olundu
02.11.2026, 16:33 GÜNDƏM
-
Hörmüz boğazında daha iki tanker minaya düşüb
02.11.2026, 16:13 DÜNYA
-
Hesablama Palatasında Kollegiya iclası: nələr müzakirə olunub?
02.11.2026, 16:00 İQTİSADİYYAT
-
Hərbi xidmətdən boyun qaçırma faktları üzrə cinayət işləri açılıb
02.11.2026, 15:49 CƏMİYYƏT
-
Deputatın oğlu istintaqa partiya sədrini satdı - Özgür Özəl daha bir iş üzrə cinayət işi açılır
02.11.2026, 15:37 SİYASƏT
-
"Ceyranbatan gölündən meyit tapıldı” başlıqlı xəbərlə bağlı açıqlama yayıldı
02.11.2026, 15:34 CƏMİYYƏT
-
Bakıda avtomobil gözəllik salonuna girdi - FOTO
02.11.2026, 15:27 KRİMİNAL
-
Vüqar Rəhimzadə: Azərbaycan bu gün qalib, bütövləşən ölkə olaraq yeni hədəflərə doğru inamla addımlayır
02.11.2026, 15:16 SİYASƏT
-
Bakıda çörək sexi bağlandı
02.11.2026, 15:05 İQTİSADİYYAT
-
PROKURORLUQ NAZİRLİK ƏMƏKDAŞLARINI QANDALLADI - Direktor nədə ittiham olunur?
02.11.2026, 14:58 GÜNDƏM
-
SOCAR-ın 5 il müddətinə dövriyyəyə buraxdığı 100 milyon dollarlıq istiqrazlar...
02.11.2026, 14:49 İQTİSADİYYAT
-
Okan Burukdan "Qalatasaray"dakı istefalara reaksiya: "Çox yaxşı çıxış etdiyimiz bir dövrdə..." - "Artıq o qara buludları dağıtdıq"
02.11.2026, 14:35 İDMAN
-
İstanbulda ruzigar tərs əsməyə başlayıb - Seçki olsa, hansı partiya önə çıxır?
02.11.2026, 14:25 SİYASƏT
-
Banqladeşdə bir milyondan çox işçi etiraza qalxdı - Kəskin maaş artımı tələbi var, 529 fabrik işi dayandırdı
02.11.2026, 14:12 DÜNYA
-
“Jurnalistlər Ekstremal Şəraitdə” İctimai Birliyi bəyanat yaydı
02.11.2026, 14:06 PRESS
-
İcra başçıları dəyişir, problemlər qalır: Səbəb nədir?
02.11.2026, 13:18 GÜNDƏM
-
Aktyorla aparıcının sözü efirdə "çəpləşdi"
02.11.2026, 13:05 MƏDƏNİYYƏT